Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana qarşı yeni zərbələrə hazırlıq məqsədilə İngiltərənin cənub-qərbindəki Fairford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.
Musavat.com The Guardian-a istinadən xəbər verir ki, bombardmançı təyyarələrdən biri martın 6-da Britaniya hava bazasına çatıb, daha üç təyyarə isə martın 7-də yerləşdirilib. Böyük Britaniya Müdafiə Nazirliyi B-1 təyyarələrinin bazalara gəlişini təsdiqləyib: "Amerika Birləşmiş Ştatları bölgədə Britaniya vətəndaşlarının həyatını təhlükəyə atan İran raketlərinin buraxılmasının qarşısını almaq üçün Britaniya bazalarından xüsusi müdafiə əməliyyatları üçün istifadə etməyə başlayıb".
ABŞ-ın "yaxın günlərdə" İrana zərbə endirmək üçün Fairford Hərbi Hava Qüvvələri Bazasından döyüş uçuşları həyata keçirməyə başlayacağı gözlənilir.
Martın 1-də Böyük Britaniyanın Baş naziri Keir Starmer, hökumətinin İrandakı raket anbarlarına zərbə endirmək üçün ABŞ-ın hərbi bazalarından istifadə etmək tələbini təsdiqlədiyini açıqlayıb. Söhbət Hind okeanındakı Dieqo Qarsiyadakı birgə Britaniya-Amerika bazası və Avropadakı ABŞ ağır bombardmançılarının əsas bazası olan İngiltərənin Qlosterşir şəhərindəki Fairford Hərbi Hava Qüvvələri Bazasından gedir. Starmer Londonun ABŞ zərbələrinə qoşulmayacağını bəyan edib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ