Onlayn ictimai-siyasi qəzet
Bu gün ABŞ-Avrop-Ukrayna rəsmilərinin telefon danışığında Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri, həmçinin ölkənin bərpa planı ilə bağlı müzakirələrin sürətləndirilməsi qərara alınıb.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib. O, bildirib ki, danışıqların nəticələri barədə prezident Vladimir Zelenskiyə məruzə edib.
Qeyd edək ki, danışıqlarda ABŞ Dövlət katibi Marko Rubio, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniya, Fransa və Almaniya hökumətlərinin müşavirləri və R.Umerov iştirak ediblər.
Umerovun sözlərinə görə, yanvarın 3-də Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə görüş keçirəcəklər: "Biz mövqelərimizi əlaqələndirdik və yanvar ayında Avropa və Amerika tərəfdaşları ilə əlavə görüşlər planlaşdırdıq. Biz ayrıca olaraq 3 yanvarda milli təhlükəsizlik müşavirləri formatında Avropa tərəfdaşları ilə görüş hazırlayırıq. 10-dan çox ölkənin, eləcə də NATO, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələrinin iştirakı gözlənilir. Amerika tərəfdaşlarının da onlayn şəkildə qoşulması gözlənilir".
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ