İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdananda qanlı müdaxilə: İranda polis mərasim iştirakçılarını güllələdi, yaralı var

İranın İlam vilayətinin Abdanan şəhərində vəziyyət yenidən gərginləşib.

Musavat.com xəbər verir ki, təhlükəsizlik qüvvələri etirazçı Əlirza Seydinin ölümünün 40-cı günü ilə bağlı keçirilən mərasimə toplaşan insanlara atəş açıb.

Yerli mənbələrin yaydığı məlumatlara görə, polis əvvəlcə izdihamı dağıtmağa çalışıb, daha sonra isə birbaşa odlu silahdan istifadə edib. Hadisə zamanı azı bir qadın zirehli avtomobilin üzərindən açılan atəş nəticəsində biləyindən yaralanıb.

Görüntülərdə insanların “Xameneyiyə ölüm olsun” şüarları səsləndirdiyi eşidilir. Bu şüarlar səsləndirildikdən sonra təhlükəsizlik qüvvələrinin daha sərt müdaxiləyə keçdiyi bildirilir.

İranda son aylarda xüsusilə anım mərasimləri etiraz aksiyalarına çevrilir. Hakimiyyət isə belə toplaşmaları “qanunsuz iğtişaş” kimi qiymətləndirərək güc tətbiqini artırır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR