Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində kredit ayırıb.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola açıqlama verib.
Onun sözlərinə görə, artıq müvafiq sənəd imzalanıb və vəsait bir neçə əsas istiqamət üzrə istifadə olunacaq. Kredit dövlət qurumlarının fasiləsiz fəaliyyətinin təmin edilməsinə, müdafiə sektorunun gücləndirilməsinə, ümumi təhlükəsizliyin qorunmasına və “həqiqi və uzunmüddətli sülhə” nail olunmasına yönəldiləcək.
Metzola bildirib ki, bu maliyyə paketi eyni zamanda Ukraynanın Avropa məkanında gələcəyinin möhkəmləndirilməsinə xidmət edir. Onun fikrincə, bu addım Kiyevin Avropa ailəsinə inteqrasiyası istiqamətində mühüm siyasi siqnaldır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ