Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Ajda Pekkan bir neçə gün öncə Oran açıq hava səhnəsində sevənləri ilə görüşüb.
Musavat.com xəbər verir ki, səhnədə ifa etdiyi “Üç kalp” mahnısından əvvəl pərəstişkarlarına müraciət edən sənətçi uğurlu karyerasına baxmayaraq, zaman-zaman tənhalıq hissi yaşadığını etiraf edib.
80 yaşlı Ajda Pekkan çıxışında deyib:
“O qədər tənhayam ki... Yaxşı ki, varsınız. Şöhrət elə bir şeydir ki, nə qədər gözəl görünsə də, işıqların altında insan bir o qədər tənha qalır.
İnsan həyatda hər zaman öz yarını tapa bilmir. Amma siz mənim həyatımda hər şey oldunuz. Buna görə hər birinizə çox təşəkkür edirəm”.
Ajda Pekkanın bu səmimi etirafları zalda kövrək anlar yaşadıb.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ