Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər rayonu ərazisində dənizdə bədbəxt hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğularaq həyatını itirib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. İstintaq tədbirləri rayon prokurorluğu tərəfindən davam etdirilir.
Şahanə Rəhimli
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ