İnsanlara hürriyət, millətlərə istiqlal!

60 yaşlı qadını maşınla vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən saat 07 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesində qeydə alınıb.

1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə “Red Oil” yanacaq doldurma məntəqəsininin yanında, üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub.

Nəticədə, 1966-cı il təvəllüdlü piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR