Onlayn ictimai-siyasi qəzet
Dünyada elmi bacarıqları ilə tanınan məşhur şimpanze Ay 49 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Ay 1977-ci ildə hələ körpə ikən Qərbi Afrikadan Yaponiyaya gətirilərək şimpanzelərin düşünmə qabiliyyətini araşdıran elmi tədqiqat proqramına cəlb olunmuşdu.
İllər boyunca Ay alimləri heyrətləndirən qeyri-adi bacarıqları ilə yadda qalıb. O, rəqəmləri tanıyır, sayma məntiqini anlayır, rəngləri və əşyaları ayırd edə bilirdi. Aparılan təcrübələrdə onun vizual yaddaşı və məntiqi əlaqələr qurmaq qabiliyyəti bir çox hallarda insan uşaqlarının göstəricilərinə yaxın nəticələr ortaya qoymuşdu.
Elmi eksperimentlərdən kənar vaxtlarda isə Ay tamam fərqli bir tərəfi ilə tanınırdı. O, rəsm çəkməyi çox sevirdi. Şimpanzenin çəkdiyi rəsmlər Yaponiyada və beynəlxalq elmi dairələrdə maraqla qarşılanmış, Ayı dünyanın ən tanınmış şimpanzelərindən birinə çevirmişdi.
Ayın ölümü primatologiya və heyvan intellekti sahəsində bütöv bir dövrün başa çatması kimi qiymətləndirilir. Onun hekayəsi elm tarixində nadir və təsirli nümunələrdən biri olaraq qalacaq.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ