Onlayn ictimai-siyasi qəzet
Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb.
Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb.





07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ