Onlayn ictimai-siyasi qəzet
Venesuelanın vitse-prezidenti Delsi Rodrigez bildirib ki, ölkə rəhbərliyi diplomatik əlaqələrin bərpası və uzun illərdir bağlı qalan Venesuela səfirliyinin vəziyyətini qiymətləndirmək üçün Vaşinqtona nümayəndə heyətinin göndərilməsi imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Onun sözlərinə görə, Venesuela hökuməti və Tramp administrasiyası diplomatik missiyaların mərhələli şəkildə bərpasına yönəlmiş “kəşfiyyat xarakterli diplomatik prosesə başlamaq” barədə qərar qəbul edib.
Qeyd edək ki, ABŞ-ın Karakasdakı səfirliyi 2019-cu ilin əvvəlindən fəaliyyət göstərmir. Buna səbəb Vaşinqtonun müxalifət lideri Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımasından sonra Nikolas Maduronun amerikalı diplomatları ölkədən çıxarması olub.
ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bildirib ki, Kolumbiyadakı ABŞ səfirliyinin Venesuela üzrə bölməsinin diplomatları və təhlükəsizlik əməkdaşları cümə günü Karakasa gələrək diplomatik fəaliyyətin mərhələli şəkildə bərpası imkanlarının ilkin qiymətləndirilməsini aparıblar.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ