İnsanlara hürriyət, millətlərə istiqlal!

“2018-dən sonra ilk dəfə…” – Muraddan illər sonra gələn etiraf


"Mənim həyatımın işi səhnədir. Səhnə görünüşdür, aynaya baxıb səhnə geyimlərinin əynində fit oturması enerji və stimul verir".
 
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Murad Arif deyib.
 
Sənətçi son zamanlarda artıq çəki aldığını deyərək, sağlam qidalanaraq çəki atmasından danışıb:
 
"Mənim həyatımın işi səhnədir. Səhnə görünüşdür, aynaya baxıb səhnə geyimlərinin əynində fit oturması enerji və stimul verir. Hər şeyim "tas-tamam" olsa da, illərdir narahat edən mövzu var... Nəsə çatışmır deyərkən, ağlımdan keçən tək bu idi. Son dəfə bu tərəzdə 85 rəqəmini 2018-ci ildə "OPPALARA" klipinin çəkilişlərində görmüşdüm və bitdi. Sonra 2020 gəldi, pandemiya, ev həyatı, səhnəsizlik və artan daha 10 kilo! Bu gün isə qaldığım yerdən davam edirəm. Bu gün isə yeni arzuların, planların, obrazların doğulduğu gündür demək. Ürəyimdə o qədər söz var ki... Amma sadəcə həkimlərimə təşəkkür edirəm".
 
Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR