İnsanlara hürriyət, millətlərə istiqlal!

100 milyonluq miqrant mərkəzi qalmaqalı

ABŞ-də miqrasiya siyasəti ətrafında növbəti hüquqi qarşıdurma başlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-nin Merilend ştatının baş prokuroru Entoni Braun prezident Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.

Məlumata görə, iddia federal səviyyədə qeyri-leqal miqrantların saxlanılması üçün nəzərdə tutulan iri mərkəzin tikintisi ilə bağlıdır. Prokurorluğun yaydığı press-relizdə bildirilir ki, Entoni Braun Merilend ştatının Vaşinqton dairəsində planlaşdırılan genişmiqyaslı saxlanma mərkəzinin tikintisini “qanunsuz” hesab edir və onun dayandırılmasını tələb edir.

İddiada qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) Uilyamsport şəhəri yaxınlığında yerləşən anbar binasını 100 milyon dollardan artıq federal vergi vəsaiti hesabına alıb. Sənədə əsasən, bina zəruri ekoloji ekspertiza aparılmadan, ictimai müzakirə keçirilmədən və ştat rəhbərliyi ilə məsləhətləşmələr olmadan miqrant saxlanma mərkəzinə çevrilməlidir.

Baş prokurorun sözlərinə görə, Uilyamsportdakı obyekt ölkə üzrə kütləvi saxlanma infrastrukturu yaratmaq planının bir hissəsidir. Bildirilir ki, müxtəlif ştatlarda anbarlar alınaraq on minlərlə insanın yerləşdirilə biləcəyi mərkəzlərə çevrilir.

Merilend prokurorluğu bəyan edib ki, ştat rəhbərliyi insanları “qeyri-insani, antisanitar və təhlükəli saxlanma şəraitindən” qorumaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR