İnsanlara hürriyət, millətlərə istiqlal!

10 il 40 avrodan bilet satdı, saxta tarixi abidə qurdu

İtaliyada bir kişi özünün inşa etdiyi saxta "qədim Roma amfiteatrı"nı on il ərzində tarixi abidə kimi təqdim edərək turistlərdən hər giriş üçün 40 avroya qədər ödəniş alıb.

Musavat.com xəbər verir ki, Il Giornale dell'Arte nəşrinin yaydığı məlumata görə, Viçensa şəhərində yerləşən və bələdçi tərəfindən neolit, yunan və Roma dövrünə aid tarixi kompleks kimi təqdim olunan məkana giriş bileti 40 avroya qədər olub.

Lakin araşdırma nəticəsində məlum olub ki, "abidə" tamamilə müasir tikilidir. Buradakı pillələr süni şəkildə köhnəldilmiş müasir daşlardan hazırlanıb, sütunlar betondan, heykəllər isə gipsdən düzəldilib. Ərazidəki göl də yaxın vaxtlarda qazılıb.

Fırıldaqçılıqla bağlı istintaq hələ 2016-cı ildə başlanmışdı. Məhkəmə araşdırmaları nəticəsində kompleksin heç bir arxeoloji dəyərə malik olmadığı, eyni zamanda mühafizə olunan əraziyə ziyan vurulduğu təsdiqlənib.

İstintaqın başlanmasından on il sonra Beriko amfiteatrı ilə bağlı iş yekunlaşıb. Kompleksin yaradıcısı Franko Malosso fırıldaqçılıqda təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdən azad olunmaq üçün etdiyi müraciətlər uzun müddət məhkəmə tərəfindən rədd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR