İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynada işimizi bitirən kimi...” – Putinin danışmanından İNANILMAZ hədə

İlk yayım saatı: 30.05.2025, saat 14:37


Ukraynada davam edən işğalçı müharibə fonunda Vladimir Putinin öz ölkəsi daxilində reytinqi 81%-ə yüksəlib. Son rəy sorğuları belə bir rəqəmi ortaya çıxarıb.

Rusiyanın yarım-totalitar, avtoritar ölkə olduğunu nəzərə alsaq, nəticələrlə müəyyən qədər mübahisə eləmək olar. Ancaq cəmiyyətdə dominant olan ənənəvi “velikorus” virusunu, kilsə və patriarxın həmişəki kimi, başqa xalqlara qarşı ilhaqçı siyasətə dəstəyini ciddiyə alsaq, təəccübə yer qalmır...

İştah həqiqətən diş altındadır. “SSRİ qanunsuz dağılıb” sərsəmləməsinin ardınca bu dəfə “estafet” Aleksandr Duqinə keçib. “Rus dünyası”nın ideoloqlarından sayılan, Kremlin “beyni” adlandırılan bu şəxs indi də Ukraynadakı “uğurlar”dan vəcdə gələrək gözünü yumub, ağzını açıb. Postsovet ölkələrinin müstəqilliyini hədəf alan sensasion fikirlər söyləyib, on illərdir BMT üzvü olan həmsərhəd dövlətləri açıq şəkildə hədələyib.

KREML SON.jpeg (84 KB)

Bu barədə Duqin srağagün - mayın 28-də “Rusiyanın hazırkı geosiyasətində avrasiyaçılıq” seminarı zamanı söyləyib. “Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna” eyham vurub. Ukraynanın ardınca bütün postsovet məkanının “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib.

Onun “imperiya modelində” azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və “ənənə” ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqlarının rədd edilir. Yəni hətta heç SSRİ-nin də yox, Çar Rusiyasının bərpası xəyal edilir!

Sonra. Putinin “danışmanı”na görə, keçmiş sovet respublikalarının “qaytarılması” Ukraynadakı hərbi kampaniyanın nəticələrindən asılı olacaq: “İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır. Əsas ideya ondan ibarətdir ki, Ukrayna vahid imperiyanın bir hissəsi olmalıdır. Söhbət hansısa ittifaq formatından deyil, Moskva mərkəzli tamhüquqlu geosiyasi birləşmədən gedir”...

“Şər deməsən xeyir gəlməz”. Nə yaxşı ki, Azərbaycan şimaldan səslənən bu qəbil təhlükəli və axmaq neo- imperialist çağırışlara qarşı ən güclü immunitetə malik postsovet ölkələrindən biri, bəlkə də birincisidir. Söhbət heç də Rusiyanın ərazi bütövlüyümüzü və suverenliyimizi tanıdığı Moskva Bəyannaməsindən (22.02.2022) getmir. Həmin sənədə onsuz da heç vaxt ümid bəsləməmişik. Qarabağda rus “sülhməramlılarının” hansı hoqqalardan çıxdığını yada salmaq yetər. Moskva öz imzasına hörmət etməyən bir paytaxt.

Söhbət ən əvvəl Azərbaycan və Türkiyə parlamentlərinin ratifikasiya elədiyi Şuşa Bəyannaməsindən və qardaş ölkə ilə artıq “ət-dırnaq” kimi olan müttəfiqliyimizdən, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində güclənən Türk birliyindən və az öncə dünya iqtisadi nəhəngi Çinlə Pekində imzalanmış Strateji Tərəfdaşlıq Sazişindən gedir. Bundan əlavə, Azərbaycan ərazisində rus əsgəri olmayan, separatizmin kökünün kəsildiyi, üç Baltikyanı ölkə xaric, yeganə postsovet dövlətlədir.

Duqin çaplı imperiya havasına girən avantüristlər bu reallıqları görməzdən gələ bilməz. İndi XX əsrin 20-ci illəri deyil. Heç Ukraynanı rahatca “uda” bilməyəcəklər. Sümük təki boğazlarında qalacaq. Odur ki, imperiya xəyalına düşənlər iki-üç dəfə düşünməli olacaqlar. Əks halda, fələk Rusiya ilə çox pis zarafat edə, tamah başlarında çatlaya, ölkə “tikişlər üzrə” növbəti dəfə sökülüb bir az da kiçilə bilər. Ən yaxşı halda. Rusiyanın şar kimi genəlib daxildən partlaması da istisna deyil...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026