İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna tezliklə Aİ üzvü olmayacaqdısa...

Bəli, bir ayın, ay yarımın söhbəti olar. ABŞ-ın sabiq dövlət katibi, tanınmış diplomat və politoloq Henri Kissincer bildirdi ki, müharibənin bitməsi üçün Ukrayna torpaqlarının bir hissəsindən keçməyə hazır olmalıdır. Bu bəyanata ikili reaksiya oldu. Bir hissə bunu qocaman siyasətçinin sayıqlaması kimi qəbul etdi. Başqa biriləri isə Kisssinceri Rusiya prezidenti Vladimir Putinə lobbiçik etməkdə qınadı. Amma nə olursa-olsun, bu cür təkliflər və açıqlamalar kəsilmədi. Kissincerin ardınca hazırda fəaliyyətdə olan siyasətçilər də bildirdilər ki, müharibəni bitirməyin bircə yolu var: Ukrayna torpaqlarının bir hissəsini Rusiya güzəştə getməlidir...

Bəli, həqiqətən də absurd situasiyadır. Kiyev NATO üzvü olmayacaqdısa, torpaqlarının bir hissəsini itirəcəkdisə, daha bu müharibənin nə mənası vardı? Doğrudanmı bütün bunlar ondan ötrüdür ki, Qərbin əlində Rusiyaya qarşı soyuq müharibəyə başlamaq üçün bir əsas olsun? Görünür ki, elə belədir ki, var. Amma oxucular etiraz edə bilər ki, elə bu günlərdə Qərb dövlətləri Ukrayna və Moldovaya Avropa İttifaqının üzvülüyünə namizəd ölkə statusu verdi. Bəli, belədir ki, var. Amma bununla belə bəyanatlar da səslənir ki, Kiyev 2030-cu ildən tez Aİ-nın üzvü olmayacaq. Məhz bunun nəticəsidir ki, Moskva digər ölkələrin təcrübəsini əsas gətirərək özünə təskinlik verir. Kiyevin və Kişinyovun namizəd ölkə statusu alması xəbəri gələn kimi Kremlin sözçüsü Dmitriy Peskov Türkiyəni misal gətirdi. Belə ki, Ankara on illərdir ki, Avropa İttifaqının üzvlüyünə namizəd ölkədir, amma bu illər ərzində bundan bir addım da irəli gedə bilməyib.

Peskov Türkiyəni yaxşı tanıyır, çünki on illərlə bu ölkədə diplomatik xidmətdə olub. Amma o, özü də etiraf edər ki, Türkiyənin problemi bir az başqadır. Bu illər ərzində onlarla ölkə Avropa İttifaqının üzvü olub. Xüsusən də sosialist düşərgəsi çökəndən sonra Aİ üzvlərinin sayı az qala göbələk kimi artmağa başladı. Bu ölkələrin heç biri Türkiyədən irəli ölkə deyil, əksinə, Ankara onların çoxundan Aİ üzvü olmağa daha layiqli ölkə hesab olunur.

Bəs onda problem nədədir? Avropa üzvü olan ölkələr qurumun yubiliyeni Vatikanda qeyd etdilər. Bu kiçik detal əslində çox şey deyir və bununla Aİ işarə etdi ki, qurum xristian dəyərlərinə önəm verir və xristian ölkələrini birləşdirməyə üstünlük verir...

Bəs onda Ukraynanın qəbulu niyə yubadılır? Ukrayna ki, xristian ölkəsi kimi mövcuddur!

Avropanın ekspertləri Ukraynanın Birlik üzvü olmağa hələ hazır olmadığını deməyə əsas verən bir neçə amilin adını çəkirlər. Bunlar Ukrayna iqtisadiyyatının aşağı səviyyəli olması, xüsusən də korrupsiyanın yüksək həddə olmasıdır. Amma bunlar nə qədər həlledici amillərdir? Düşünürük ki, onlar çox mühüm məqamlar olsalar da ən əsas məqamlar deyillər: Ukrayna böyük ölkədir, əhalisi də çoxdur. Amma hazırda müharibə nəticəsinbdə 12 milyon ukraynalının didərgin düşdüyü deyilir. Bu insanların hamısı qaçqın kimi Avropaya yayılıb. Bundansa, bu qədər qaçqını qəbul etməkdənsə, vaxtında Kiyevi Avropa İttifaqına üzv qəbul etmək daha düzgün olmazdımı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024