İnsanlara hürriyət, millətlərə istiqlal!

Söz ayaqlara dolaşır, amma...

Əvvəllər “Söz çıxıbdır ceyran belinə” - deyirdilər. İndi bunun yeri yoxdur - söz ayaqlara dolaşır, amma əyilib qaldıranı tapılmır... Bəli, Azərbaycanda heç bir ölkədə yaşanmayan problem baş verir və bu da odur ki, ənənəvi jurnalistika sıradan çıxır, hərçənd “artıq sıradan çıxıbdır” demək daha düzgün olardı.

Biz zaman-zaman bunun səbəbləri haqqında yazmağa çalışmışıq. Bir daha deyək ki, informasiya texnologiyalarının inkişafına görə Azərbaycandan yüz dəfə irəlidə olan ölkələrdə bu problemlər belə intensivliklə yaşanmır -müəyyən qədər oxşar tendensiyalar var, amma onlar Azərbaycanda olduğu kimi deyildir.

Bir vaxt müxalifətçilər deyirdilər ki, senzura ləğv olunsa, tamamilə başqa aləm olar. Bəli, biz həqiqətən də bir müddət senzurasızlıq dövrünü yaşadıq, amma qeyri-adi bir şey baş vermədi.

Bəlkə də ona görə ki, söz daş deyildir ki, vurasan adamın başı qanaya. Yox, ağıllı söz ariflər üçündür ki, eşidib, oxuyub nəticə çıxarsınlar. Mətbuat ən yaxşı halda rəy yarada bilir, ictimai rəyi formalaşdırır. İctimai rəyin sanksiyasını isə başqa mexanizmlər, məsələn, azad seçkilər və referendumlar təmin edə bilərlər. Onlar olmayanda söz də dəyərini itirir, çünki hər şey təkrarlanda tamam adiləşir.

Sonra dedilər ki, efrimiz olsa, hər şey düzələr. Efir də oldu. Düzdür, televiziya efiri olmadı, amma internet TV-lər əhatə dairəsinə görə nəinki adi telekanallardan geri qalmır, hətta onların bir çoxunu üstələyir. Amma yenə möcüzə baş vermədi, müxalifətçilərimizin muradı çin olmadı, belə ki, sözlə təsvirin vəhdəti belə onları arzularına qovuşdurmadı.

Yox, demək olmaz ki, ölkədə sözə qarşı tamamilə biganəlikdir, əlbəttə, belə deyil - söz eşidilir, amma daha çox tərif və bir də söyüş formasında. Ona görə də soruşmaq lazım deyil ki, media hara yox oldu? Sosial şəbəkələr söyüş jurmalistikasını mənimsədi, ənənəvi jurnalistika isə tərif tribunasına çevrildi. Ona görə də soruşmaq lazım deyil ki, bəs bizim ənənəvi jurnalistika necə oldu? Onlar, sadəcə, formasını dəyişdilər və kim buna uyğunlaşmadısa, ya tamam diqqətdən kənarda qaldı, ya da ki, tamamilə reytinqini itirib beş-üç nəfərin tribunasına çevrildi. Ona görə də media əhli “Jurnalistikanı necə xilas edək?” kimi suallarla gündəmi məşğul etməyə çalışanda bizi bu cür sorğuların səmimiyyəti düşündürür: məgər aydın deyilmi ki, jurnalistika necə xilas ola bilər? Bunun üçün onu təkcə söyüşçülərdən yox, həm də tərifçilərdən təmizləmək lazımdır. Bu halda o, əvvəlki vəziyyətini tamamilə olmasa da, əhəmiyyətli dərəcədə qaytara bilər.

Söyüş jurnalistikası ilə məşğul olanlar bilməlidirlər ki, tərif üçün də zəmini onlar yaradırlar. Çünki bir olmasa, o birisi də olmaz. Müstəqil mətbuat sıradan çıxmağa başlayanda digər mətbu orqanlar deyirdi ki, bəs bizim də çörəyimiz kəsilir, çünki onların da çörəyi müstəqil mətbuatı “ifşa” etməkdən, tərifdən çıxırdı...

Ona görə də deməyək ki, bu ölkə unikal ölkədir. Yox, adidən də adi bir ölkədir buralar, yetər, onu normal qanunlarla başa düşməyə çalışasan...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024