İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədi bilinməyən ölkə - Rus deputatın o ƏCAİB təklifi...

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Viktor Vodolatski qəribə, eyni zamanda, əcaib təklif verib. Vodolatski deyib ki, uşaqları 5-ci sinifdən dərhal sonra NATO və Avropa İttifaqı (Aİ) ilə müharibəyə hazırlamaq lazımdır.

Deputat öz təklifini “Rusiyanın potensial xarici təhlükələrə, o cümlədən NATO və Aİ ilə mümkün münaqişəyə hazırlığın zəruriliyi” ilə əsaslandırıb (Burdaca yada salaq ki, həmin komitənin digər sədr müavini bədnam Konstantin Zatulindir)...

Bu, əlbəttə, hər şeydən öncə imperialist düşüncənin, işğalçı təfəkkürün təzahürüdür. Uşaqların öz uşaqlığını normal, sakit keçirməsini təmin eləmək, 5 ildir girdikləri “Ukrayna bataqlığından” ölkəni çıxarmağın yolunu axtarmaq əvəzinə, gör, adam nə xəyala düşüb. Vodolatski təbii ki, yalnızca öz sözünü də demir, ümumən rus siyasi isteblişmentindəki ovqatı, lap dəqiqi, təlaşı ifadə edir.

Amma hansı müharibəyə hazırlıqdan söhbət gedir, əgər kimsə Rusiyaya hücum etməyə hazırlaşmırsa? Əksinə, SSRİ dağılandan üzü bu yana biz tərsini müşahidə edirik. Məhz şimal qonşumuz ilk növbədə həmsərhəd ölkələr üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ukraynaya qarşı davam edən işğalçı müharibə öz yerində, 2008-ci ildə Gürcüstana qarşı 5 günlük təcavüzü heç kim unutmayıb...

Bəs nədən Rusiya 36 ildir sakitləşə, “qınına” çəkilə bilmir?

Çünki velikorus şovinizmi hələ də qafalarda yaşayır. SSRİ adlı qırımız imperiyanın çöküşünü Kremldə indiyədək “həzm” etməyiblər. Və hələ də “SSRİ-2”, hətta Çar Rusiyası xülyası ilə yaşayan rus siyasətçilər və ideoloqlar var.

Vaxtilə Putinin özü deməmişdimi ki, harda rus yaşayır, Rusiyanın sərhədi də oradan keçir? Demişdi. Yəni, belə çıxır, Rusiya sərhədsiz dövlətdir. Yaxud onun digər bir “qanadlı” ifadəsi: “Rusiyanın ən etibarlı müttəfiqi onun ordusudur”.

Belədirsə, o zaman Kreml üzləşdiyi bəlalara, dost-müttəfiqsiz qalmağa da gərək təəccüblənməsin...

Yeri gəlmişkən, uzun illər təcavüzkar Ermənistan da öz sərhədlərinin hardan keçdiyinin fərqinə varmadı, sərsəm “miatsum” iddiası ilə yaşadı. Havadarlarına arxalanıb ərazimizin 20-%-ni 30 il işğal altında saxladı. Maksimalist tələblər irəli sürdü. Bakının konstruktiv təkliflərini qulaqardı, hətta lağ elədi. Qısası, göylə getdi. Nəticə məlum: çox istəyirdi, azdan da oldu.

Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu artırıb – RƏY

İndi 29.7 min kv km-lik ərazi uğrunda mübarizə aparır, İrəvan rəsmiləri az qala, hər gün beynəlxalq hüquqdan dəm vururlar. “Dəmir yumruq”dan, Qarabağda antiterror əməliyyatından sonra yadlarına BMT Nizamnaməsi, beynəlxalq hüquq normaları düşüb. Azərbaycanı hətta işğalçılıqda ittiham edilər. “Şərti sərhəd” anlayışını qəbul eləmək istəmirlər...

Məsələ də ondadır ki, əgər sən başqa ölkələrin və xalqların ərazi bütövlüyü və suverenliyinə hörmət eləmirsənsə, özünə qarşı eynisini başqasından gözləyə bilməzsən. Bu, yumşaq desək, siyasi ikiüzlülükdür. Yoxsa ki, “səni sevəcəyəm sən sevməsən də”. Belə olmur. Dövlətlərarası münasibətlərdə də belə olmur. Olmayacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026