İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iqlim silahı...

Moskva qonşu Ukraynaya qarşı demək olar ki, bütün cəbhələrdə döyüşür. Hətta informasiya müharibəsi bir an belə səngimir - Moskva prezident V.Zelenskini hər gün korrupsioner, narkobaron və faşist kimi təqdim etməkdə davam edir.

Əlbəttə, bir gənc ölkə kimi Ukraynada müəyyən problemlər var. Ölkə korrupsiyanın kökünü kəsmək üçün macal tapmadı, müharibə buna imkan vermədi. İndi isə bu, hələlik mümkün deyil, çünki müharibə vaxtı korrupsiya və “qara bazar” bir az da böyüyür. Güman, Avropa İttifaqı da bunları nəzərə alıb özünün siyasi qərarını qəbul etdi - Kiyevə “namizəd dövlət” statusu verdi. Bir daha deyirik ki, bu, hələ siyasi qərardı, Avropa İttifaqı bundan heç nə itirmir.

Dedik ki, Moskva Kiyevə qarşı bütün cəbhələrdə döyüşür. Müharibə artıq altıncı ayına adlayıbdır. Bəli, rusiyalı jurnalistlər nikbin görünməyə çalışsalar da beynəlxalq hərbi ekspertlər müharibənin gedişində Rusiyanın xeyrinə elə bir ciddi dönüş proqnozlaşdırmırlar, əksinə, daha çox Ukraynanın irəli gedəcəyi deyilir, çünki indi bu ölkəyə NATO silahları daha çox daxil olur - bu vaxta qədər Ukrayna ordusu daha çox ötən əsrin əllinci illərinin silahları ilə döyüşürdü.

Amma Rusiyanın bir əsas ümid yeri var. Bu da bütün tarixi boyu onu  xilas edən “rus şaxtası”dır - o şaxta ki, nəinki Hitler Almaniyasını diz çökdürmüşdü, ondan hələ böyük Napoleon gileylənir və hesabatlarında “Mən Rusiyaya ordu ilə vuruşmağa getmişdim, şaxta ilə yox!” yazırdı.

Bəli, qarşıdan əvvəlcə payız, daha sonra isə sərt qış gəlir. Rusiyanın apardığı çeşidli müharibələrə bu dəfə iqlim və qaz müharibələri də əlavə olunacaq.

Bu indiyədək aparılan müharibələrin ən qənimi olacaq, çünki bütün mənzillərə daxil olacaq. Odur ki, siyasi müşahidəçilər qarşıdan gələn qışı Leninqradın blokadası ilə müqayisə edirlər. Düzdür, Moskva hələ Ukraynanı blokadaya ala bilməyibdi və gələcəkdə də almayacaq. Amma ki, iqlim və qaz müharibəsi çox ciddi məsələdir. O, artıq bütün Avropanı bir-birinə vurubdur. Avropa ölkələri bilmirlər ki, nə etsinlər və Rusiya qazını nə ilə əvəz etsinlər?

Onlar bunun üçün bütün imkanlardan istifadə edirlər. Bugünlərdə hətta Bakı ilə də Avropaya nəql ediləcək qazın həcmlərinin iki dəfə artırılması haqda sənəd imzaladılar. Amma bu, Avropanın qaz ehtiyaclarının cəmi on faizi demək olacaq...

Fəqət, ən maralısı bilirsiniz, nədir? Hamı Rusiyanın öz qazından Ukraynaya və digər ölkələrə təzyiq kimi istifadə etməsini sakit qarşılayır. Di gəl, bu yaxınlarda Dağlıq Qarabağa qaz göndərişində kiçik problem yaranmışdı. Kimlər daha Bakıya zəng eləmədi?..

Hamı belə qəbul edir ki, Dağlıq Qarabağ Bakıdan qaz və işıq almalı, Bakıya qarşı müharibə aparmalıdır, çünki “sivil” erməni xalqını qazsız və işıqsız qoymaq olmaz! Amma bizə elə gəlir ki, Dağlıq Qarabağa göndərilən qazın və işığın məhdudlaşdırılması haqqında düşünməyə dəyər. Qoy, bizi pisləsinlər, yamanlasınlar, amma başa düşsünlər ki, bizi ələ salmaq, torpaqlarımızda fironluq etmək olmaz...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024