İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərəkətə keçir - Bakı və İrəvana absurd TƏKLİF

Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında sənəd, bəyanat imzalanmasa belə, zirvə görüşünü böyük sülh öncəsi “baş məşq” adlandırmaq mümkündür. Əksər siyasi müşahidəçilər 5 saatlıq müzakirələri sülh anlaşması yönündə tarixi dönüş, yaxud həlledici irəliləyiş kimi qiymətləndirməkdə haqlıdır. Hətta ilin sonunadək sülh (çərçivə) sənədinin imzalanacağı və ya artıq razılaşdırılan sülh sənədinin paraflanacağı istisna edilmir. Əlbəttə ki, üçüncü tərəfdən prosesə pəl vuranlar olmasa...

Diqqəti çəkən həmçinin ilk dəfə belə formatda ən yüksək səviyyəli danışıqların vasitəçilərsiz reallaşması idi. Bu da öz növbəsində tərəflər üçün məqbul ortaq perspektivi daha aydın, daha əlçatan edir. Çünki bütün hallarda vasitəçi ən əvvəl öz maraqlarından çıxış edir, sonra isə yer qalsa, tərəflərin. Özünü neytral kimi göstərmək istəsə belə. Situasiyanın həssaslığı isə məhz birbaşa danışıqları zəruri edir...

Bununla belə, Əbu-Dabi danışıqları bitər-bitməz, Rusiyadan yenə vasitəçilik təklifi gəlib. Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, “Moskva Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illərdə imzaladığı üçtərəfli sazişlər əsasında İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır”.

Görəsən ötən ilin dekabrlından bizimlə açıq qərəz aparan və kin püskürən, bölgə ilə bağlı imperiya ambisiyalarını gizlətməyən, hətta vaxtaşırı Güney Qafqaz ölkələrini hədələyən Rusiyanın vasitəçiliyi bizə lazımmı? Həm də “2020-2022-ci illərin üçtərəfli anlaşmaları əsasında”.

Təbii ki, yox. Ötə yandan, Kremldə bilməmiş deyillər ki, həmin anlaşmalar artıq tarixdir. O vaxtdan aradan çox su axıb. Regionumuz və onun ətrafında geosiyasi reallıq hazırda başqadır. Və nə yaxşı ki, Moskvanın ziyanına olan, onun bölgəyə toksik təsirini azaldan bir reallıqdan söhbət gedir...

Məsələn, 10 noyabr (2020) üçtərəfli sənədin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinə Rusiya “FSB”-sinin (FTX) nəzarəti nəzərdə tutulur. Amma və lakin indi nə İrəvan, nə də Bakı buna razıdır. Ermənistanın motivi bəlli: İrəvan daha strateji müttəfiq kimi Moskvaya inanmır. O səbəbə onun təsir dairəsindən uzaqlaşmağa, ondan qurtulmağa can atır.

SULH EN SON.jpeg (243 KB)

Üstəgəl, neçə vaxtdır Rusiya Ermənistanı qarışdırmağa, təzədən öz əlaltılarını hakimiyyətə gətirməyə çalışır. Hansı ki, Azərbaycanın da maraqlarına uyğun deyil. Ən azı üfüqdə sülh sənədinin imzalanması gözlənildiyi üçün.

Bakı həm də şimal qonşunuzun yumşaq desək, ona yuxarıdan aşağı, təkəbbürlü münasibətindən təngə gəlib. AZAL təyyarəsinin vurulması, Yekaterinburq hadisələr bu xüsusda səbrimizi daşıran son olaylar idi.

Məlum oldu ki, Rusiya heç illərlə ona loyal olmuş, Moskva Bəyannaməsi imzalamış Azərbaycana münasibətdə də səmimi deyilmiş. Yalançı strateji tərəfdaşlıq isə Rusiyaya yalnız ölkələri öz orbitində saxlamaq üçün gərək imiş. Qonşu və pravoslav Ukraynaya qarşı davam edən işğalçı müharibə buna zərrəcə şəkk-şübhə saxlamır...

Odur ki, bu dövlətin guya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və barışıq əldə olunmasına töhfə vermək istəyi inandırıcı və səmimi görünmür. Rusiya vasitəçiliyi özünə saxlasın. Gecdir. Çox gec. Moskva hələ SSRİ dönəmində ədalətli vasitəçilik şansını itirib. Necə deyərlər, “adın çıxınca canın çıxsa yaxşıdır”.

Dəfələrlə yazmışıq, yenə təkrarlamaqda fayda var ki, ondansa Kreml sülh prosesinə əngəl yaratmasın, bu, elə Azərbaycan və erməni xalqlarına ən böyük yaxşılıq, sülhə ən böyük töhfə olar. Qısası, məşhur ifadə ilə desək, “xeyrini istəmirik, şərini bizdən uzaq elə”...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026