İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin avantüraları necə bitəcək?..

Yeddinci aydır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. İlk baxışda belə təəssürat yaranır ki, bu müddət ərzində ruslar hökumətlərinin siyasətinə heç bir etiraz-filan etməyiblər. Amma bu ilk baxışda belə görünür: etirazlar var və olub. Bu günlərdə isə onlar pik həddinə çatdı: Vladimir Putinin səfərbərlik qərarına etiraz edən rusların 1400 nəfəri bu və ya digər dərəcədə məsuliyyətə cəlb olundu.

Bəli, prezident Putin üç yüz min nəfər ehtiyatda olan əsgər və zabiti silahlandıraraq müharibəyə cəlb etmək istəyir. Həqiqətən də çox böyük hərbi-siyasi avantüradır. Amma belə getsə, Rusiya prezidentinin daha böyük avantüraları olacaq. Birincisi, bu adam başını itirib və dünyanı nüvə silahı ilə hədələyir. İkincisi, ötən həftə onun göstərişilə Ukraynanın işğal olunmuş ərazilərində bu torpaqların Rusiyaya birləşdirilməsi haqda referendum keçirildi. Bu, rusların və Putinin əsl məramını və məqsədini açıqladı - bunların fikri Ukraynanı işğal etməkdir...

Adam bilmir nə etsin: ağlasın, yoxsa gülsün? Doğrudanmı rusların ərazisi bu qədər azdır ki, bunların gözü onun-bunun torpaqlarındadır?

Həqiqətən də tragikomediyadır. Rusiya cəmiyyəti bunları anlayır, onların çoxu vuruşmaq istəmir. Onlar gözəl dərk edirlər ki, bunların hamısı Putinin avantüralarıdır. Bəli, bunun başqa adı yoxdur. Rusların mütərəqqi kəsimi anlayır ki, Rusiyanın zəif vaxtları var idi və əgər Qərbin bu ölkə ilə bağlı hansısa planları olsaydı onda Moskvaya qarşı aqressiv planlar qurardılar. Amma onlar bunu etmədilər. Əksinə Moskvanı NATO-ya dəvət etdilər. Rusiyanın dəyişmək planı olsaydı hələ onda bu təklifi qəbul edərdi. Amma onlar bunu istəmədilər, hətta NATO-da özləri üçün xüsusi status tələb etdilər...

Bəs proseslərin perspektivi necə görünür? Bumeranqın geri qayıtmaq xasiyyəti var. Bunu hamı bilir. Rusiyanın itkiləri artdıqca etirazlar çoxalacaq, insanlar küçə və meydanlara çıxacaqlar, çünki onlara bu müharibə lazım deyil. Siz rusiyalı jurnalistlərin və ekspertlərin tele - kanallarda tutuquşu kimi danışmağına baxmayın. Rusiyanı böyük hadisələr gözləyir. Hər şey Ukraynadan və Qərb dövlətlərindən asılıdır. Əgər Ukrayna bu qışı duruş gətirsə və Rusiyanın itkiləri çoxalsa, o halda birmənalı şəkildə demək olacaq ki, Ukrayna Rusiya üçün ikinci Əfqanıstan oldu və yaxud da olacaqdır.

Bunun müəyyən işarələri var. Əslində Rusiya referendum keçirməyə tələsməməli idi. O, bununla işarə edir ki, Şərqi Ukraynanın işğalı ilə kifayətlənməyə hazırdır. Amma ona bu şansı heç kim verməyəcəkdir.

Kiyev torpaqlarını tamam azad etmək niyyətindədir. Əlbəttə, Qərb dövlətləri Ukraynaya təzyiq edə bilər. Xatırladaq ki, onların bir qismi Ukraynanı torpaqlarının bir hissəsini Rusiyaya güzəşt etməyə çağırır. Onların bu təkliflərini vaxtilə Henri Kissincer səsləndirmişdi. Amma çətin ki, əksər ABŞ və Avropa dövlətləri bununla razılaşsın.

Düzdür, ABŞ-ın qoca prezidenti lap əsl əldən düşmüş qocalıq nümayiş etdirir və hətta publika qarşısında özünü idarə də edə bilmir.

Ona görə də proqnoz vermək çətindir. Amma hər halda, zaman özü hər şeyi göstərəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024