Onlayn ictimai-siyasi qəzet
Maduronun qaçırılması olayı qlobal gündəmin əsas mövzularından biri olaraq qalır. Anlaşılandır. Çünki bu, irili-xırdalı dövlətlərin maraqlarına, özəlliklə milli təhlükəsizliyinə təsir edəcək bir kriminal-siyasi hadisədir. Xüsusən də ABŞ-ın, Trampın hədərində olan rejimlər üçün.
İşğalçı və kəmfürsət Rusiya isə gözlənildiyi kimi, olaydan ilk növbədə Ukrayna ilə bağlı faydalanmaq, mənfur hədəflərini yaxınlaşdırmaq arzusundadır. Kreml, Putin Amerikanı qınasa da, baş verənlərdən şirniklənmiş kimi görünür. Hər halda gələn xəbər və şərhlər bu yöndədir...
Misal üçün, ötən il Xankəndi səfərinə görə az qala, Kremlin “qara siyahısına” salınan və “inoagent” elan olunan politoloq Sergey Mrkov bu gün Putinə reverans edərək yazır: “ABŞ Cənubi Amerikada öz təsir dairəsinə malikdirsə, Rusiya da Rusiya ətrafında öz təsir dairəsinə malik ola bilər. Əgər Maduro qaçırılırsa, deməli, Zelenski də qaçırıla bilər. ABŞ Venesuelada hərbi əməliyyat apara bilirsə, Rusiya da Ukraynada hərbi əməliyyat apara bilər. Bu, məntiqlidir”.
Markov nəyə işarə vurur? O nə dərəcədə haqlı? Hərgah, Venesuela və Ukraynaya hücumun bircə ortaq cəhəti varsa, o da bu ola bilər: Venesuelaya da, Ukraynaya da hücum hüququn gücünün yox, gücün hüququnun bariz göstəricidir. BMT Nizamnaməsinin ayaqaltı edilməsidir. Beynəlxalq qanunlara növbəti dəfə tüpürməkdir...
Amma insaf naminə ortadakı fərq də deyilməlidir. Bu da ondan ibarətdir ki, əgər ABŞ qanunsuz girdiyi hansısa ölkəyə müəyyən mənada inkişaf, texnologiya gətirir, sərmayələr yatırır, enində-sonunda da oradan çıxırsa, Rusiya əksinə, girdiyi yeri adətən tərk eləmir, oranın sərvətlərini sümürür, həmin məmləkət və ya xalq normal inkişafa həsrət qalır.
Bir neçə gün qabaq Yekaterinburqda azərbaycanlı uşaqlara verilmiş yeni il hədiyyələri geri aldıran bir şovinist, gerilikçi zehniyyətə malik cəmiyyətdən və onu yönləndirənlərdən yaxşı nə gözləmək olar ki. Yalnız azərbaycanlı olduğu üçün ailənin, azyaşlı uşaqların (onlardan biri əlildir!) hədəfə alınması, Rusiya vətəndaşı olan ailə başçısına qarşı söyüş-təhqir kampaniyasının aparılması mənəviyyatsızlığın, miskinliyin, əxlaqsızlığın ən aşağı səviyyəsidir. Əslində, soydaşlarımıza qarşı mənəvi terrordur...
Yaxud belə bir rüsvayçı fakt.
Rusiya prezidenti yanında fəaliyyət göstərən Milli Dəyərlər və Tarixi Siyasət Mərkəzinin (NTSP) rəhbəri Yelena Malışeva görün nə təklif edib. O, Putinin tarixə “böyük hökmdar” kimi salınmalı olduğunu söyləyib. Kreml rəhbərinin adının artıq İvan III, Pyotr I və Yekaterina II ilə eyni sırada çəkilməli olduğunu iddia edib.
Malışevaya görə, “böyük” adlandırılan hökmdarlar “cəmiyyətdə, iqtisadiyyatda və geopolitikada titan miqyaslı dəyişikliklərə imza atan”, həmçinin, “ölkənin inkişaf vektoruna görə tam məsuliyyəti üzərinə götürən” liderlər olub. NTSP rəhbəri bildirib ki, guya hazırda Rusiyada da “oxşar tarixi vəziyyət” yaşanır və bu səbəbdən Putinə “böyük” titulunun verilməsi tam məntiqlidir.
İndi bu qadına, anaya (əgər anadırsa!) nə deyəsən? Qışın günündə belə, uşaq, yaşlı, qoca demədən Ukraynada mülki obyektləri, xəstəxanaları, energetika mərkəzlərini bombalamaqdan qalmayan, ərazi işğalından doymayan bur adama bunca hüsn-rəğbətin yalnız bir səbəbi ola bilər – rus şovinizmi!
Heyrətə gəlirsən, XXI əsrdə də belə bir xəstə düşüncənin hakim olduğu toplum, dövlət axı qonşu millətlərə necə xoşbəxtlik, əmin-amanlıq gətirə bilər? Ukrayna, prezident Volodimir Zelenski Rusiyaya qarşı hər şeydən öncə elə buna görə dirənir, mübarizə aparır, yorulmur, bezmir. Nədən ki, “Rus sapoqu”nun ora bədbəxtlik gətirəcəyinin fərqindədir.
Demək, arxasında xalqın durduğu Zelenskinin oğurlananması mümkünsüz! Oğurlanası, cəzaya layiq kimsə varsa, o da Rusiyada oturub. Bəlkə ondan sonra bəşəriyyət, xüsusən də qonşu xalqlar rahat nəfəs ala...
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
27 Aprel 2026
25 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ