İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan onlara İlham Əliyevlə “TƏCİLİ DANIŞIQLAR”dan söz açdı

Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ zonasında zorakılığın növbəti yüksəlişinin qarşısını almaq üçün” Azərbaycan Prezidenti İlham Əliyevə “təcili” danışıqlar aparmağı təklif edib.

Paşinyan bu təklifi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı səsləndirib. O, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ “təmas xəttində” gərginliyin artması fonunda adıçəkilən liderlərə zəng edib. Bu barədə “Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli saytı xəbər yayıb.

Ermənistan hökuməti bildirir ki, Azərbaycan növbəti irimiqyaslı hərbi hücuma hazırlıq məqsədilə oraya qoşun yığır. Paşinyan cümə axşamı beynəlxalq ictimaiyyəti Bakının iddia edilən planlarının qarşısını almaq üçün “çox ciddi tədbirlər” görməyə çağırıb.

“Baş nazir Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, - hökumətin Makronla görüşünə dair cümə günü axşam saatlarında baş tutan bəyanatda deyilir.

Paşinyan həmçinin Makronun iştirakı ilə Əliyevlə 2022-ci ilin oktyabr və 2023-cü ilin may aylarında keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Nikol Paşinyanın ofisi onun Şolts və Rəisi ilə ayrı-ayrılıqda söhbətinin mətnini də yayıb. Hər 3 mətn son dərəcə oxşardır. Fransa və Almaniya liderləri Paşinyana “bölgədə sülh və sabitliyin bərqərar edilməsi üçün səylərini” davam etdirəcəklərinə söz veriblər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024

13 Mart 2024

11 Mart 2024

17 Fevral 2024

14 Fevral 2024

13 Fevral 2024

09 Fevral 2024

06 Fevral 2024

05 Fevral 2024

01 Fevral 2024

27 Yanvar 2024