İnsanlara hürriyət, millətlərə istiqlal!

Otuz il bir gəncin ömrüdür...

Bu otuz ildə nə baş verdi? BMT Azərbaycan üçün nə etdi? Yada salım ki, doxsanıncı illərin lap əvvəllərində BMT ilə bağlı böyük ümidlər vardı. Hamı düşünürdü ki, Qarabağ məsələsini BMT-nin müzakirəsinə çıxarmaq lazımdır. Belə fərz edilirdi ki, bu halda məsələ dərhal həllini tapacaq. Bəli, ümidlər böyük idi. Hətta nəzərə alınmırdı ki, dünyada yaşı BMT -nin yaşı qədər olan həll olunmamış münaqişələr var. Belə bir fakt da unudulurdu ki, Rusiya BMT TŞ-nin daimi üzvüdür və onun veto hüququ var. Biz hələ o biri dövlətləri demirik, hansılar ki, hələ o vaxtlar daha çox Ermənistanın təəssübünü çəkirdilər.

Bəli, bütün bunlar nəzərə alınmırdı. Xalq Cəbhəsində hətta belə fikirlər dolaşırdı ki, o vaxtki xarici işlər naziri Tofiq Qasımov işinin öhdəsindən yetərincə gələ bilmir.

Amma 1993-cü ildə, Kəlbəcərin işğalından sonra BMT Qarabağ məsələsilə bağlı ilk sənədi, 822 nömrəli qətnaməni qəbul etdi. Elə o vaxt ilk məyusluq yarandı. Bunun birinci səbəbi bu idi ki, belə fərz olunurdu ki, yetər ki, sənəd qəbul olunsun, İrəvan dərhal ona əməl edəcək.

İkincisi, sənəd vəziyyətə tam adekvat deyildi. Məsələn, burada Ermənistanın adı birmənalı şəkildə çəkilmirdi. Bəli, qətnamə İrəvanı öz işğlaçı əməllərini dayandırmağa məcbur etmədi, əksinə, işğal davam etdi və bundan sonra daha üç qətnamə qəbul olundu, hansıların ki, icrasını biz, nə az, nə çox, düz otuz il gözlədik...

Elə ona görə də BMT-nin bu illər ərzindəki fəaliyyətindən söhbət düşəndə yadımıza yalnız bu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi düşür.

Bəli, o vaxt “həmsədr” adlanan diplomatik turistlər bitərəf qalsalar da təşkilat Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdi...

Bütün bunları niyə deyirik? İki ildir ki, Qarabağ müstəvisində ciddi proseslər gedir. İkinci Qarabağ savaşı oldu və Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini qaytardı. İndi sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı işlər gedir. Biz bu sətirləri yazanda xəbərlər dolaşırdı ki, oktyabrın 31-də Soçidə daha bir üçtərəfli görüş olacaq. Bundan əvvəlsə, avqust ayının sonunda Brüseldə baş tutan görüşdə qeyd edilmişdi ki, bəs noyabrda keçiriləcək görüşdə sülh sazişinin layihəsi hazır olmalıdır. Gəl, Ermənistan buna atəşkəsi pozmaqla cavab verdi. Amma bunun ardınca Praqa görüşü baş tutdu və belə bir təəssürat yarandı ki, Brüssel prosesi davamlı olacaq. Bəs onda Rusiya tərəfləri Coçiyə niyə çağırır?

Birincisi, burada Rusiyanı qane etməyən məqamlar var. KTMT üzvü olduğu üçün İrəvanın sərhədlərini bu təşkilat qorumalıdır. Amma Ermənistan Praqa görüşündə regiona xüsusi Avropa missiyasını dəvət etdi. İkincisi, hazırda ortalıqda iki sülh sxemi var və belə fikirlər dolaşır ki, Ermənistan daha çox Vaşinqton variantına üstünlük verir. Üçüncüsü, tezliklə sülhün əldə olunması Rusiyanın maraqlarına cavab vermir. Ona görə ki, Moskva indi daha çox Ukrayna müharibəsilə məşğuldur. Elə bu səbəbdən də Valdaydakı çıxışında prezident Vladimir Putin dedi ki, sülh sazişi zəruridir, amma bizim Ermənistana diqtə etmək fikrimiz yoxdur...

Bizə elə gəlir ki, bu son bəyanat Ermənistana bir işarə idi. Kreml işarə etdi ki, birincisi, İrəvan tələsməməlidir və prosesi sürətləndirmək üçün  Moskva müttəfiqinə təzyiq etməyəcək. Bunun da səbəbləri var. Birini artıq dedik: Kreml daha çox Ukrayna ilə məşğuldur. İkincisi, Kremldə başa düşürlər ki, Ermənistana çox təzyiq etmək olmaz, çünki İrəvannın “ehtiyat ağalar”ı da var. Bunlar ABŞ və Fransadır, hansılar ki, hazırda İrəvana yardımçı olmaq üçün dəridən-qabıqdan çıxırlar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024