İnsanlara hürriyət, millətlərə istiqlal!

Nələr üçün dövlət proqramı olsaydı daha yaxşı olardı?..

Bəli, deyirlər ki, biz azərbaycanlılar guya həssas xalq deyilik. Amma mən bununla razılaşmıram.  Bunun belə olmadığına əmin olmaq üçün televiziyalarda xəstə uşaqların müalicəsi üçün keçirilən yardım marafonlarına baxmağa yetər.

Təkcə bu proqramların aparıcıları, bu verilişlərin ekspertləri deyil, hətta tamaşaçılar da böyük fədakarlıq göstərirlər.

Amma hər dəfə bu verilişlərə baxanda dərhal bir sual məni öz ağuşuna alır. O da budur ki, biz doğrudanmı effektiv yol seçmişik?

Əlbəttə, güclü, mülki cəmiyyət ayrı şeydir, o, hər dəfə əlini dövlətə açmır, problemlərini özü həll etməyə çalışır.

Biz güclü cəmiyyət olmağa çalışmalıyıq. Elə hazırki problemlərimizin bir çoxu ondan başlanğıc götürür ki, vaxtında güclü cəmiyyətin sorağına deyil, güclü əl sevdasına düşdük.

Məhz buna görə də hazırda bir çox problemlər yaşayırıq, demokratiya və siyasi azadlıqlar sarıdan bəzi kasadlıqlarımız - problemlərimiz var.

Əsl demokratiya cəmiyyət savadlı və güclü olanda olur, əsl milli maraqlar cəmiyyət güclü olanda daha düzgün formulə olunur və yerinə yetirilir...

Bəs demək istədiyim əsas məsələ nədir? Dedim ki, televiziya verilişlərində xəstə uşaqların müalicəsi üçün yardım marafonları təşkil olunur.

Belə uşaqlar elə də çox deyil. Amma onların müalicəsi üçün nəzərdə tutulan vəsaitlər Azərbaycanın əksər ailələrinin imkanları xaricindədir. Hiss olunur ki, telekanallar bu vəsaitləri toplamaq üçün çətinlik çəkir. Yaxşı olmazdımı ki, bu məqsədlə xüsusi dövlət proqramları olsun? Bizə elə gəlir ki, bu, daha effektiv yol olardı.

Dövlət hər bir vətəndaşının dövləti olmalıdır. Bu körpələr gələcəyin əsgərləri, vergi ödəyəciləri, anaları olacaqlar. Bir daha deyirik ki, onlar elə də çox deyil və belə uşaqların müalicəsi dövlətdən elə də çox vəsait tələb etmir. Bu vəsaitlərdən qat-qat artıq məbləğləri biz kredit şəklində vaxtında Gürcüstana, Belarusa vermişik. Qat-qat artıq məbləğləri pandemiya vaxtı başqa ölkələrə, DST-na vermişik. Əlbəttə ki, bunların hamısı bizə baş ucalığı gətirən əməllərdir və bundan peşiman olmamalı, təəssüf hissi keçirməməliyik. Amma ki, “Aləmi bəzər, özü çılpaq gəzər” məsəlilə yaşamaq da bir şey deyil. Hamıdan əvvəl biz öz vətəndaşlarımızı düşünməliyik. Azərbaycan gənc dövlətdir. Amma artıq indidən ən yüksək səviyyələrdə qeyd olunur ki, Azərbaycan sosial dövlət olmalıdır.

Biz bunu alqışlayırıq. Fəqət, əsas odur ki, bunlar gəlişigözəl sözlər, təbliğat şüarları olmasın. Necə deyərlər, gerçək olsun. Bir daha deyilik ki, Azərbaycan Almaniya deyil ki, konstitusiyasında özünü sosial dövlət elan etsin və təcrübədə də bu siyasti aparsın. Amma ki, yeddi körpənin müalicəsi üçün tələb olunan altı yüz min manatı ödəmək Azərbaycan üçün elə də ciddi problem deyil, dövlət asanlıqla bunun öhdəsindən gələr və bunu bacarar, yetər ki, ayrılıqda və yaxud da ki, səhiyyə nazirliyinin yanında bunun üçün xüsusi fond və yaxud da xüsusi proqram təsis olsun.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024