İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanla sərhəddə atəşkəsi Baqrat pozub? - Erməni keşişin son çağırışının şifrələri...

Öncə onu deyək ki, əvvəllər belə suallar yaranmırdı. Heç soruşmurduq ki, atəşkəs niyə pozuldu, çünki hər şey aydın idi: erməni təcavüzü davam edirdi, sülh hələ əldə olunmamışdı və s.

İndi isə hər dəfə atəşkəs pozulanda suallar yaranır: görən, bunun arxasında kim dayanır, kim bunları edir? Bir sözlə, bunun özü bir daha onu deməyə əsas verir ki, İkinci Qarabağ savaşından sonra vəziyyət kardinal şəkildə dəyişib, nəinki Azərbaycanın işğal altında olan torpaqları azad edilib, üstəlik, Ermənistana elə dərs verilib ki, ermənilər bir daha tətiyi çəkməyə cəsarət etməsinlər.

Ona görə də Azərbaycanın qələbəsindən sonra ermənilər çox seyrək şəkildə, hətta nadir hallarda atəşkəsi pozurlar. Amma onu da demək lazımdır ki, erməni təxribatları tamamilə aradan da qalxmayıb.

Ötən həftə onlar atəşkəsi Naxçıvan istiqamətində pozdular. Rəsmi İrəvan bununla bağlı ağlabatan bir açıqlama vermədi. Yadda bu qaldı ki, erməni baş naziri bu cür halları araşdırmaq üçün birgə qruplar yaratmağı və belə halları birlikdə araşdırmağı təklif etdi.

Nə demək olardı bu xüsusda? Düşünürük ki, bu haqda da fikirləşmək olardı və sülh prosesinin bir elementi də bu ola bilərdi. Belədə isə demək lazımdır ki, Nikol Paşinyan özü dəfələrlə qeyd edib ki, onun ordusunda “beşinci kolon” var. Əlbəttə, bu cür izahatlar məntiqli görünür, xüsusən də indiki halda – o vaxt ki, keşiş Qalstanyan ikinci aydır ki, N.Paşinyana qarşı etirazlar təşkil edir. Elə bu yaxınlarda da deyildi ki, Qalstanyan və erməni kilsəsi ordunu da siyasi münaqişəyə çəkmək, onu da N.Paşinyana qarşı qaldırmaq istəyir. Odur ki, indiki vaxtda orduda kiminsə təxribatlar etməsi təəccüblü görünməməlidir.

Amma biz Paşinyanın səmimiyyətinə elə də inanmırıq. O istəsə, bu cür halları özü araşdıra və təqsirkarları cəzalandıra bilər, ona görə ki, bu cür proseslər elə də gizlin baş vermir, onların coğrafiyası da, hərbi ünvanı da hamıya yaxşı məlumdur.

Amma Paşinyan bunu etmir və yaxud da ki, hələki etmir. Həm də ümumi halda götürəndə, ordu hakimiyyətin nəzarətindədir, əks halda o, çoxdan Nikol Paşinyana qarşı çıxardı...

O ki qaldı Qalstanyana, keşiş də təxribat törətmək üçün özünü oda-közə vurur. Bir-iki həftə bundan əvvəl Gümrüyə yollandı. Güman ki, məqsədi Rusiyanın diqqətini çəkmək və rusların, xüsusən də hərbçilərin “ürəyinə yol tapmaq” idi. Amma deyəsən, alınmadı. Onun “revanşist” dostları da sinxron olaraq bəyan etdilər ki, guya onlar Paşinyana qarşı yox, Qərbə, Azərbaycana və Türkiyəyə qarşı vuruşurlar! Amma “revanşist”lərin bu “səmimiyyəti” də havadan asılı qaldı, ünvanına çatmadı və eşidilmədi.

Ötən həftə Qalstanyan “sonuncu” çağırışını etdi. Hər halda, özü belə dedi. Rusiya mənbələri də yazırlar ki, guya ki, belə getsə, keşiş payıza qədər fasilə götürəcək. Bizə isə elə gəlir ki, bu da əbəsdir – Baqrat getdikcə daha çox ifşa olunmaqdadır. İndi məlumdur ki, o, insanları etirazlara pulla toplayır. Üstəlik, onun son “çağırış”ından belə məlum oldu ki, o, insanları şantaj etməkdən də çəkinmir: belə başa düşüldü ki, o, gələcəkdə onun çağırışlarını eşitməyənləri, etirazlara qoşulmayanları cəzalandırmaq niyyətindədir!..

Amma güman ki, onun bu şansı olmayacaq – özü də başa düşür ki, kütləvi etirazlar təşkil edə bilməyəcək, elə bu səbəbdən də şantaja əl atır, ətrafındakı beş-on adamı radikallaşdırmağa çalışır və belə getsə, istisna deyil ki, anti-konstituson addımlar da atacaq. Amma o, artıq sonuncunu da sınaqdan keçirib. Bir–iki həftə bundan əvvəl ən müxtəlif nazirliklərin binalarını götürmək istədi, amma heç nə alınmadı və güman ki, bundan sonra da alınmayacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024

12 Mart 2024