İnsanlara hürriyət, millətlərə istiqlal!

Millətin burun problemi...

Özümü heç vaxt “millət dərdi çəkənlərin dəstəsi”nə aid etməmişəm. Birincisi, ona görə ki, belələrini siyasətdə çox görmüşəm – bu adamların millət dərdi çəkməkdən qamətləri əyilmək əvəzinə daha da dikəlirdi.

İkincsi, ona görə ki, mən bütün situasiyalarda konkret iş görməyin tərəfdarı olmuşam və daim də bir şüara əməl etmişəm: qaranlıqların qarasınca deyinməkdənsə, heç olmasa, bir şam yandır...

Üçüncüsü, siyasət mümkün olanın sənətidir. Mümkün olanı etməyib, guya ki, qeyri-mümkünün dalınca qaçanda siyasətçi sözü qurtarmış aşığa bənzəyir və “aman, aman!” deməklə gününü keçirir.
O ki qaldı həqiqətən də millətin böyük dərdlərinə, bizim əsas bir dərdimiz vardı və bu da Qarabağ idi.
Problem həll olundu və millətimiz indi tamam-kamal xoşbəxtdir. İnanın, mən bunu sidq-ürəkdən deyirəm və sübut kimi də telekanallaramıza yönəldirəm sizləri. Son illərin ən populyar verilişləri səhiyyə təmayüllü sosial verilişlərdir. Bir sözüm yoxdur, bu verilişlərdə insanlara həqiqətən də böyük köməklik göstərirlər. Bunu da sidq-ürəkdən deyirəm. Bu verilişlərdə təkcə ciddi tibbi problemlər yaşayan uşaqların müalicəsi üçün keçirilən marafonlar nəyə desən, dəyər, hərçənd, hər dəfə onlara baxanda fikirləşirəm ki, bu xəstəliklərlə bağlı dövlət proqramı olsaydı, daha yaxşı olardı...

Amma bu verilişlərin məzəli tərəfi də var. Bu da insanların özlərini dəyişmək üçün müraciət etdikləri kosmetik əməliyyatlardır. Əlbəttə, biz qızlarımızı, qadınlarımızı başa düşürük. Onlar təbiətin haqsızlığından əziyyət çəkməməlidirlər, əgər imkan varsa, onlara da xoş sima bəxş edilməli və bunun üçün əməliyyat olunmalıdırlar. Amma bizi ən çox güldürən belə əməliyyatlar üçün müraciət edən oğlanlar və kişilərdir. Bəli, bunlar burunlarından şikayətçidirlər və daha gözəl, lap fındıqburun olmağı arzulayırlar.
Ona görə də millətin dərdi indi burun dərdidir və daha “millət dərdi çəkmək üçün” əsas yoxdur. İnşallah, hamının burnu düzələndən sonra millətimiz dünyanın ən xoşbəxt milləti olacaq, demokratiya ilə bağlı problemlər, iqtisadiyyatın ziddiyyətləri daha eynimizə də gəlməyəcək.
O ki qaldı siyasətçilərə və siyasət adamlarına, onların da erası qəzetlərlə bitdi. Vaxtında onlara deyirdik ki, siyasəti təkcə qəzetlərlə məhdudlaşdırmayın, çünki siyasət və jurnalistika ayrı-ayrı şeylərdir və onlar biri-birinə bağlı olsa da, heç də eyni şey deyil. Amma eşitmədilər, illərlə qəzetlərin kölgəsində gizləndilər və qəzetlərlə birlikdə yox oldular, çünki qəzetlər də bir az keçəndən sonra öz siyasətləri məşğul olmağa başladılar və bu siyasətdə özlərini uduzdular. Bu minvalla siyasi xadimlərimiz bir də ayılıb gördülər ki, “millətin dərdlərinə ağlamaq üçün” daha heç bir tribuna yoxdur...
Qərəz, iş gəlib bu yerə dayandı: belə məlum oldu ki, millətimizin problemləri yalnız səhiyyə problemləri, xüsusən də kosmetik problemlər və ələlxüsus da burun dərdidir. Şükür ki, bunun da həlli yolu tapılıb və ta o vaxta qədər ki, hökumət adamları durub televiziyonçularımıza “Siz kimsiniz ki, xeyriyyəçiliklə məşğul olursunuz?” deyənə qədər işlər öz qaydası ilə gedəcək. O ki qaldı sonrasına, bunu daha bir Ulu Yaradan bilir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024