İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş SSRİ-nin bütün perimetri boyunca...

Ukrayna-Rusiya müharibəsindən həm də ona görə tez-tez yazmaq lazım gəlir ki, bir çox proseslər bu müharibənin nəticələrindən asılı olacaq - ən azı o, Moskvanın geosiyasi ambisiyalarına aydınlıq gətirəcəkdir və onun nəticəsindən asılı olaraq bir sıra postsovet ölkələri öz seçimini edəcək.

Amma burada səmimi etiraf etsək, hazırda bu müstəvidə yazılası ciddi bir şey yoxdur - müharibə özünə məxsus ətalətlə üçüncü ildir ki, davam edir və Qərb hələ də Rusiyaya qarşı həlledici həmləyə qərar verə bilmir və Kiyevi də bu fikirlərdən çəkindirir. 

Səbəbi də budur ki, Kreml Qərbin bu müharibəyə daha ciddi müdaxilə edəcəyi halda nüvə müharibəsinə start verəcəyilə hədələyir. Bəlkə də bu hədələrdə real nəsə var, amma biz cırtdan boylu Dmitri Medvedyevin bu hədələrini elə də ciddi qəbul etmirik. Sonuncu dəfə D.Medvedyev dedi ki, Qərb müharibəyə əsgəri müdaxilə etsə, Rusiya Vaşinqtonu, Londonu və Parisi nüvə atəşinə məruz qoyacaqdır. Amma ruslar bir məqamı nəzərə almırlar: bəs bu üç paytaxt birlikdə Moskvanı hədəfə alsa necə? Onda nə olacaq? Təəssüf, iddiası özündən böyük olan Medvedyev kimi siyasətçilər bunu nəzərə almır və yaxud da almaq istəmirlər...

Ona görə də bir daha deyirik ki, Ukrayna müharibəsində hələ ki ciddi dönüş yoxdur və onu prinsipcə, ABŞ-da noyabrda baş tutacaq prezident seçkisi yarada bilər.

İndiliksə dünya qazan kimi qaynayır. Rusiyanın izləri ciddi şəkildə Gürcüstanda və Ermənistanda da hiss olunur. İndi nəzərlər daha çox İrəvana yönəlib - hamı gözləyir ki, görək, keşiş Baqrat nə edəcəkdir? 

Sual olunur: Ermənistan geriyə-keçmişə doğru addım ata bilərmi? Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini yalnız keçmiş Dağlıq Qarabağ kriminal siyasi klanının təmsilçiləri, məsələn, R.Koçaryan və S.Sarqsyan davam etdirə bilər. Amma onların böyük siyasətə qayıdışı nə qədər real görünür? Məsələ də elə bundadır ki, erməni cəmiyyəti artıq onları görüb və çətin ki, bir daha onların böyük siyasətə qayıdışına imkan verə. Hər halda, biz buna ümid edirik. Real mənzərə isə bu həftə məlum olacaq və müxalifət də artıq anlamağa başlayıb ki, koçaryanlar, sarqsyanlar artıq vurulmuş siyasi kartlardır. Ona görə də keşiş Baqratın özünün baş nazir olması haqda çağırışlar da səslənir. Qərəz, Ermənistanda vəziyyət çox mürəkkəbdir və o, hər an dəyişə bilər. Bütün hallarda, bir daha deyirik ki, vəziyyətə bu həftə aydınlıq gələcək və biz proseslərin necə bitəcəyini nəhayət ki, biləcəyik...

Digər bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da vəziyyət gərgin olaraq qalır. Biz bu sətirləri yazanda deyildi ki, mayın 13-də  "Xarici agentlər haqqında" qanun layihəsinin üçüncü oxunuşu olacaq və bu, o demək idi ki, qanunun qəbulu artıq labüddür. 

Amma hakimiyyət düşərgəsində bu qanun layihəsi ilə bağlı mülayimləşmə hiss olunur. Gürcüstanın baş naziri bugünlərdə bəyan etdi ki, onlar qanuna müəyyən düzəlişlər edə bilərlər və hətta onu da bildirdi ki, prezident Salome Zurabişvili, eləcə də müxalif partiyalar öz düzəlişlərini təqdim etməlidirlər. Amma burada sual yaranır: bəs onda “Gürcü arzusu” qanunun qəbul olmasında niyə bu qədər israrlıdır? 

Elə bütün məsələlər də məhz bundadır. Gürcüstan hakimiyyəti müxalifətin və QHT-lərin maliyyə mənbələrini nəzarətə götürmək istəyir, çünki qarşıdan parlament seçkiləri (oktyabr ayında!) gəlir və hakimiyyətin seçki ərəfəsi reytinqi elə də yüksək deyil - təxminən 30 faiz tərtibindədir...

Qərəz, belə anlaşır ki, Rusiya Cənubi Qafqazda müəyyən prosesləri başlatmaq üçün Ukrayna müharibəsinin bitməsini gözləmədi. Amma bir neçə cəbhədə savaş açmaq ona uğur gətirəcəkmi? Hələ ki dəqiq bir söz demək mümkün deyil, bir az gözləmək lazım gələcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024

12 Mart 2024