İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda “Moskva vaxtı” ilə işləyənlərə BƏD XƏBƏR

Azərbaycan və Ermənistan liderləri son 7 ərzində ikinci dəfə Əbu-Dabidə bir araya gəldilər. Obrazlı ifadə eləsək, Bakı və İrəvan “saat əqrəblərini” təzədən tutuşdurdu. Doğrudur, İrəvanda da Bakı vaxtıdır. Amma əfsus ki, orda “Moskva vaxtı” ilə işləyənlər də az deyil.

Öncəki 10 iyul görüşündən sonra tərələr arasında münasibətlərdə az qala, inqilabi xarakterli dəyişikliklər yaşandığını söyləmək olar. Əlbəttə ki, ən əvvəl Bakının siyasi iradəsi nəticəsində. Artıq Azərbaycan-Ermənistan ticari əlaqələrinin önü açılıb, qonşu ölkəyə taxılın, neft məhsullarının ixracına və gediş-gəlişə başlanıb, insani təmaslar çoxalıb.

Bütün bunlar sövq-təbii siyasi təmasları da zəruri edir və edəcək, o cümlədən ən yüksək səviyyədə...

Bədxahların ciddi cəhdlərinə rəğmən, şübhəsiz, ikinci görüş də yeni bir mərhələyə vəsilə olacaq. Barışıq yönündə addımlar, hərəkətlənmə artacaq. Ona görə ki, böyük sülh prosesinin lokomotivi rolunda məhz Azərbaycandır. Gündəmi, “yol xəritəsi”ni Bakı müəyyən edir və edib. Azərbaycana, bizə isə daha bir müharibə, konflikt gərək deyil.

Tərəflər arasında vasitəçisiz danışıqlara da yenə məhz Bakının prinsipiallığı sayəsində nail olunub. Və bu sadə, ən uğurlu formatın üstünlükləri aylardır, illərdir ortada: sülh müqaviləsinin mətni ötən ilin martında razılaşdırılıb və avqustun 8-də Ağ Evdə paraflanıb; sərhədin müəyyən hissəsi delimitasiya və demarkasiya edilib; Zəngəzur dəhlizi (TRIPP marşrutu) xeyli dərəcədə razılaşdırılıb; üzdəniraq Minsk Qrupu de-yure ləğv olunub; xalq diplomatiyası aktivləşib, qarşılıqlı səfərlər başlayıb; ikitərəfli iqtisadi-ticari əməkdaşlığa start verilib; sərhəddə 7 aydır tam sakitlikdir, bir necə erməni məhbusu İrəvana qaytarılıb ...

PPPPPPPPPP.jpg (83 KB)

Olduqca mühümdür ki, bütün bu pozitiv və tarixi gəlişmələr xüsusən də Rusiyanın iştirakı olmadan, Moskvanın iradəsindən kənar baş verib. Ən önəmlisi, bugünkü Əbu-Dabi görüşündə də vurğulandığı kimi, “hər iki cəmiyyət sülhün faydalarına gerçək həyatda şahid olub”.

Təbii ki, söhbət ilk növbədə Ermənistan əhalisindən gedir. Çünki ən çox fayda götürən onlar. Azərbaycan isə bununla qonşu xalqa illərdir belə bir mesaj göndərir ki, sülh müqaviləsinin imzalanmasından sonra faydalar birə-yüz arta, Ermənistan arzuladığı təhlükəsizlik zəmanəti ala və firavan ölkəyə çevrilə bilər...

Ona görə də vacibdir ki, erməni toplumu tarixi şansı qaçırmasın və Bakının sülh sənədinin imzalanmasına əngəl olan sonuncu tələbinin reallaşmasına gərəkən dəstəyi versin. Yəni, qarşıdakı parlament seçkilərində Paşinyan partiyasını yenidən qalib edib konstitusiya referendumunda “real Ermənistan” narrativinə sahib çıxsın.

Söz yox ki, buna mane olan çevrələr, özəlliklə Rusiya və Fransa kimi sülhü sabotaj edən güclər əllərindən gələni edəcək ki, iki xalqın çətin barışıq prosesi yarımçıq qalsın, seçkilərdə sülh yox, müharibə tərəfdarları qalib gəlsin. Sülh müqaviləsi imzalanmadan Bakının İrəvana etdiyi bunca reveransların, yaxud yaxşılıqların TƏK hədəfi elə bu təhlükəli planları ziyansız hala gətirməkdir...

Sirr deyil ki, məkrli qüvvələr “bulanıq suda balıq tutmaq” üçün Azərbaycan və Ermənistanı yenə toqquşdurmağa, daha bir müharibəni qızışdırmağa çalışır. Çox vacibdir ki, ermənilər ağla qaranın fərqini vaxtında dəqiqləşdirib populist-avantüristlərin ardınca bir daha getməsinlər, növbəti dəfə onların hiyləsinə uymasınlar. Əks halda, yeni müharibədən Ermənistan çıxmaya bilər – nə “real”ı, nə də “qeyri-realı” – haylar üçün bütün faciəvi nəticələri ilə birgə.

Qısacası, “müharibə olmayacaq” demək kifayət deyil! Müharibəni arzulamamaq da yetərli sayılmaz. Gərəkdir ki, müharibə istəyənləri neytrallaşdırmağı da bacarasan və onların burunlarını ovasan, toruna düşməyəsən. İstər daxildəki radikal-revanşistər olsun, istərsə də xaricdəki pozucu qüvvələr. Moskva vaxtı ilə ”işləyib” axmaq ssenarilər quranları durdurmaq və tarixin zibilliyinə tullamaq zamanı çoxdan çatıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026