İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarır – sülhə aparan yol Zəngəzur dəhlizindən keçir

Cənubi Qafqazda yeni tarixi mərhələ: Moskva zəifləyir, Bakı-Ankara xətti möhkəmlənir, Türk Dünyası inteqrasiyaya doğru addımlayır

Ermənistan və Azərbaycan uzun onilliklərdir davam edən düşmənçilikdən sonra indi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq hesabına sülhə doğru irəliləyirlər.

Musavat.com-un xəbərinə görə, “Euronews” xəbər verir ki, iki ölkə arasında birbaşa danışıqlar gedir və Moskvanın Cənubi Qafqazdakı təsiri görünməmiş şəkildə azalır.

Buna paralel olaraq “The Moscow Times” da diqqət çəkib ki, son 35 ilin böyük hissəsini bir-biri ilə müharibə vəziyyətində keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var – Kreml.

Rəsmi Moskva bunu çox yaxşı anlayır və qəbul etmək məcburiyyətində qalır ki, Rusiyaya qarşı nifrət o həddə çatıb ki, hətta qatı rəqiblər belə gələcək naminə birləşmək qərarına gəliblər.

Bu vəziyyət xüsusilə Rusiyanın regionda apardığı avantüraları iflasa uğradır. Kreml Ermənistanda dövlət çevrilişi etməyə çalışdı, hətta keşişləri də küçələrə çıxardı, amma nəticəsiz qaldı. Çünki ABŞ buna imkan vermədi. Vaşinqton hazırda bütün gücü ilə Paşinyan hökumətini qoruyur. Əbəs deyil ki, dünyanın ən böyük ABŞ səfirliyi məhz İrəvanda yerləşir və bu da təsadüf deyil.

Digər tərəfdən, Azərbaycanda Rusiyanın iqtidar dəyişikliyi həyata keçirməsi ümumiyyətlə, mümkün deyil. Çünki Rusiya-Ukrayna müharibəsi bu ölkəni həm iqtisadi, həm hərbi, həm də beynəlxalq mövqelər baxımından ciddi şəkildə zəiflətdi.

Ekspertlər qeyd edirlər ki, Moskva artıq Cənubi Qafqazda və Türkistanda öz əvvəlki təsir imkanlarının ən azı 60-70 faizini itirib. Üstəlik, Rusiyanın öz daxilində də anti-müharibə əhval-ruhiyyəsi artır, Putin rejimi daxildən də getdikcə zəifləyir.

Bu fonda Zəngəzur dəhlizinin ABŞ nəzarəti altında açılması həmçinin İran üçün də böyük zərbə olub. Tehran uzun illər Qərbi öz sərhədlərindən uzaq saxlamağa çalışırdı. Amma İsrail-İran toqquşmalarından sonra xeyli zəifləyən molla rejiminin bu prosesə müqavimət göstərməyə artıq gücü çatmır.

DEHLİZ SON.png (504 KB)

Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük dəstəyi məhz Türkiyə verir. Rusiya və İranın Cənubi Qafqazda əriyib gedən təsir imkanları indi Türkiyənin əlini daha da gücləndirir. Azərbaycan isə bölgədə dominant gücə çevrilir və bu, ən çox Ankaranın maraqlarına uyğundur.

Bütün bunlar təkcə regional çəkidə deyil, həm də qlobal geosiyasi müstəvidə ciddi dəyişikliklərin xəbərçisidir. Çünki Zəngəzur dəhlizi Türk Dünyasının iqtisadi, siyasi və hərbi baxımdan daha sıx inteqrasiyasını sürətləndirəcək. Nəticədə isə Türk dövlətləri dünyanın yeni güc mərkəzlərindən birinə çevrilmək şansını əldə edəcəklər. Belə tarixi imkan heç vaxt əldən verilməməlidir.

Daha ətraflı: Euronews

Elbəyi Həsənli
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 May 2026

21 May 2026

19 May 2026

18 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

07 May 2026

05 May 2026

04 May 2026

27 Aprel 2026

20 Aprel 2026

16 Aprel 2026

15 Aprel 2026

14 Aprel 2026

13 Aprel 2026

10 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

07 Aprel 2026

04 Aprel 2026

03 Aprel 2026

02 Aprel 2026

01 Aprel 2026

31 Mart 2026

30 Mart 2026

29 Mart 2026