Onlayn ictimai-siyasi qəzet
Bəli, siyasət mümkün olanın sənətidir, mümkün olmayanlarla inqilabçılar və bir də fanatiklər məşğul olurlar.
Bu mənada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasında qeyri-adi və ya xüsusi nöqtələr axtarmaq lazım deyil, özünün uzunmüddətli siyasi karyerasında o nəyi bacarıbsa, nə mümkünsə, onu edib. Hətta Qarabağ probleminin timsalında mümkünsüz görünən bir nailiyyəti mümkün etməyi bacarıb – bəli, II Qarabağ savaşı dönəmində Türkiyə və onun prezidenti bizim üçün çox şey etdi.
Rəcəb Tayyib Ərdoğanın bir xidməti də odur ki, onun sayəsində ölkəsi daim gündəmdə olur, belə ki, Ərdoğan ölkəsini mürəkkəb regionun aparıcı dövlətlərindən birinə çevirə bilib.
Hazırda Türkiyə və onun siyasəti iki konteksdə müzakirə predmetidir. Birincisi, Türkiyə NATO-ya can atan iki dövlətin – İsveçin və Finlandiyanın istəyinin qarşısını alacağını bəyan edir. Səbəb də budur ki, Ankara bu ölkəni PKK-ya dəstək verməkdə ittiham edir.
Maraqlıdır ki, Finlandiya və İsveç siyasətçiləri bu problemi həll etmək üçün Ankara ilə hər cür əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Bu iki ölkənin siyasətçilərinin isti bəyanatları fonunda Ankara siyasiləri daha soyuq və bir az da qərəzli görünürlər– hər halda, indiki bəyanatlar bunu deməyə əsas verir, çünki həll oluna bilməyən məsələ yoxdur, kaş ki, bunun üçün istək olsun.
İsveç və Finlandiya siyasətçiləri belə istəkdə bulunduqlarını gizlətmirlər və hamını inandırmağa çalışırlar ki, bunu bacaracaqlar.
Bəs Ərdoğan və komandası bütün bunlara rəğmən niyə soyuq görünür? Ən geniş yayılan ehtimal və iddia budur ki, Türkiyə Rusiyaya yarınmağa çalışır. Amma bu, elə də inandırıcı görünmür, çünki münasibətlərin ən sıx vaxtında Ankara Rusiyanın istəyinə rəğmən, Ukraynanın ərazi bütövlüyünü müdafiə edib və Krımı Rusiyanın ərazisi kimi tanımayıb.
Rusiya siyasətçiləri arabir belə bəyanatlarla çıxış ediblər ki, guya Ankara NATO-nu tərk edəcək və yaxud blok daxilində Rusiya üçün lobbiçilk edəcək. Amma bu bəyanatlar da heç vaxt inandırıcı olmayıb, indi də elədir. Qərb siyasətçiləri bəyan edirlər ki, gec-tez Türkiyəni yola gətirmək mümkün olacaq. Bunun bir yolu var: kürd separatçılarına dəstəyi dayandırmaq və bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etmək...
İkincisi, təhlilçilər indidən bir ildən sonrakı Türkiyəni analiz etməyi sevirlər. Bəli, növbəti ildə, yəni 2023-cü ildə Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ola bilsin, İsveç və Finlandiya məsələsi həm də bununla bağlıdır – Ərdoğan Türkiyəni güclü, dünya məsələlərini həll edən bir dövlət kimi göstərmək istəyir. Hazırda Türkiyədə yaşanan iqtisadi böhran fonunda bu, Ərdoğana çox lazımdır.
Bəs seçkilərlə bağlı nə demək olar? Çox çətin sualdır. Müxalifət bütünlüklə Ərdoğana qarşı birləşməyə çalışır. Alınacaqmı? Hələ dəqiq bir söz demək mümkün deyil. Ərdoğan güclü siyasətçidir. Amma bütün siyasətçilərin həyatında elə bir gün yetişir ki, böyük siyasətlə vidalaşmaq lazım gəlir. Bu mənada prezident Ərdoğan da istisna deyil...
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
01 Iyun 2024
28 May 2024
25 May 2024
21 May 2024
18 May 2024
14 May 2024
11 May 2024
07 May 2024
04 May 2024
30 Aprel 2024
27 Aprel 2024
23 Aprel 2024
20 Aprel 2024
16 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
06 Aprel 2024
02 Aprel 2024
30 Mart 2024
25 Mart 2024
19 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ