İnsanlara hürriyət, millətlərə istiqlal!

"Olanlara inana bilmirəm, ürəyim yandı..." - VİDEO

Dünyaca məşhur supermodel Kara Delevinnin ABŞ-ın Los-Anceles şəhərindəki 7 milyon dollarlıq villası yanğın nəticəsində kül olub.

Musavat.com xəbər verir ki, britaniyalı model və aktrisa yanğından şoka düşüb. 31 yaşlı Delevinnin villası alovlara təslim olub.

Kara 750 kvadratmetr sahədə tikilmiş 4 yataq otaqlı villanı 2019-cu ildə 7 milyon dollara alıb. Yanğın zamanı dam örtüyü uçan evə ciddi ziyan dəyib.

Hadisə baş verən zaman Kara Delevin evdə olmayıb, iki nəfər və modelin iki pişiyi yanğından xilas edilib.

Model yanğınla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bu gün ürəyim yandı. Mən baş verənlərə inana bilmirəm. Həyat bir göz qırpımında dəyişə bilər, ona görə də sahib olduqlarının qədrini bilin", - o yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2024

BÜTÜN XƏBƏRLƏR