İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə mitinq zamanı polisə hücum etmək ittihamı ilə 6 nəfər saxlanılıb

Tiflisdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarının parlament yaxınlığında keçirilən mitinqində polis əməkdaşına hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə 6 nəfər saxlanılıb.

Bu barədə Tiflis Polis Departamentinin direktoru Sulxan Tamazaşvili mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müxtəlif televiziya kanallarının canlı yayımları vasitəsilə ictimaiyyət hazırkı etiraz aksiyaları zamanı siyasi liderlərin, aksiyaların təşkilatçılarının və iştirakçılarının toplantı və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları dəfələrlə aşdığını müşahidə edib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi həyata keçirilən aksiyalar zamanı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində bütün müvafiq istintaq tədbirlərini davam etdirir. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR