Общественно-политическая интернет газета
Latviya Rusiya ilə sərhəddə hasar tikintisini başa çatdırıb. Rəsmi məlumata görə, onun uzunluğu təqribən 280 km-dir və texniki cəhətdən mümkün sahələrdə fasiləsiz fiziki maneəni təmin edəcək. Layihənin ilkin dəyəri 146 milyon avro olub.
Latviyanın daxili işlər naziri deyib ki, hasarın inşası ölkənin milli təhlükəsizliyinə və Avropa İttifaqının xarici sərhədlərinin qorunmasına mühüm töhfədir. Nazir qeyd edib ki, sərhəd gələcəkdə daha müasir texnoloji müşahidə sistemləri ilə təchiz ediləcək.
NATO-nun və Avropa İttifaqının üzvü olan, Rusiyanın qapıbir qonşusu Latviya ilk dəfə belə bir layihəni reallaşdırmaqla yəqin ki, tarixə düşəcək. Şəkk-şübhəsiz, onun ardınca bəzi digər həmsərhəd dövlətlər də analoji addımı atacaq. Bu o deməkdir ki, Rusiya ilə heç bir quru əlaqəsi, o cümlədən iqtisadi-ticari münasibətlər olmayacaq...
Çətin seçimdir. Hər halda qonşular adətən bir-biri ilə ticarət edəndə, gediş-gəliş olduqda özlərini daha təhlükəsiz hiss edirlər. Çünki iqtisadi-ticari bağlar, humanitar-insani təmaslar, qarşılıqlı faydalı əməkdaşlıq sövq-təbii xalqları bir-birinə yaxınlaşdırır, nəinki təcrid kursu. Ən təhlükəsiz dövlət də məhz öncəliklə qonşularla dil tapmış və konflikt yaşamayan, qonşulardan etibarlı zəmanət almış dövlətdir.

Amma nə edəsən ki, Rusiyanın qonşulara münasibətdə davam edən neo-imperialist və arxaik velikorus siyasəti, özəlliklə onun Ukraynanın başına gətirdiyi oyunlar digər qonşuları belə bir qeyri-ordinar qərarlar qəbul eləmək zorunda qoyub. O məntiqlə ki, “Rusiyadan xeyir gələn deyil, heç olmasa, şərini bizdən rədd eləsin”. O Rusiya ki, onun prezidenti “Rusiyanın sərhədləri yoxdur”, yaxud “Harda rus var, Rusiyanın sərhədi ordan keçir” deyir. XXI əsrdə I Pyotra pərəstiş edir. “Rusiya olmayacaqsa, qoy onda dünya da dağılsın” tipli hədələr səsləndir...
Yaxşı, Latviya yenə NATO-nun (ABŞ-ın) təhlükəsizlik “çətiri” altındadır. Üstəgəl də “təhlükəsizlik hasarı”. Bəs belə “çətir”i olmayan qonşular “şimal ayısı”ndan necə qorunsun? Hərçənd sərhəddə hasar ucaltmaq da çıxış yolu sayılmaz. Bəs nə eləməli? Rusiya təhdidləri və hədələrindən ən yaxşı qorunmağın üsulu nədir? Axı Moskva onunla dost-tərəfdaş olanlara da həmişə yuxarıdan aşağı, “ikinci sort” dövlət kimi, hətta vassal qismində baxıb və baxır. O zaman çarə nə?
“Velosopedi təzədən kəşf eləməyə” lüzum yox. Hələ yüz il öncə Cümhuriyyətimizin və istiqlalımızın qurucusu Məmmədəmin Rəsulzadə ibrətamiz bir xəbərdarlıq edib ki, “Rus kiçilib öz tarixi torpaqlarına çəkilməyənədək dünya xalqları dinclik tapmayacaq” (Tarixi torpaqlar, yəni ki, Moskva, Novqorod vilayətləri və onlara bitişik bəzi ərazilər).
Yenə sual yaranır: buna necə nail olmalı?
Ən az ziyanlı YOL əlbəttə ki, bu axırıncı və ən qəddar, heç bir oyun qaydaları hərləməyən və atdığı imzalara daima tüpürən, uşaq oğrusu imperiyanı içəridən çökdürməkdir. İçdən “tikişlər üzrə” sökməkdir. Nəzərə alsaq ki, “Rus ayısı” bütün dünyanın bəlasına çevrilib, o zaman onun ram edilməsi də ümumbəşəri missiya olmalıdır.
Bütün xalqlar bu son dərəcə nəcib və savab işə bacardığı töhfəni verməlidir. Əks halda Ukraynadan sonra sıra digər qonşuya, ardınca da qonşu olmayan ölkəyə çatacaq. Əks təqdirdə dahi Rəsulzadənin söylədiyi şəkildə davam edəcək – bəşəriyyətin dincliyi olmayacaq. Necə ki yoxdur...
27 Апрель 2026
06 Апрель 2026
18:00 СЕНСАЦИОННОЕ ПРИЗНАНИЕ: В Ереване заговорили о первом импорте из Армении — и роли Азербайджана
03 Апрель 2026
16 Март 2026
07 Март 2026
09 Февраль 2026
06 Февраль 2026
02 Февраль 2026
28 Январь 2026
18 Январь 2026
07 Сентябрь 2025
23 Май 2025
КомментарииОставить комментарий