Свобода людям, независимость нациям!

Kərkiyə ayrılan avtobus və Paşinyanın BMT-dəki özünüifşası

Ermənilərin nə dərəcədə sülh tərəfdarı olduqlarını ərazilərimizin 30 illik işğal altında saxlanmasından bilirik. Həmin illərdə neçə erməni gəlib-gedən hakimiyyətlərə çağırış etdi ki, “daha bəsdir, camaatın torpağını qaytarın, özümüz də adam kimi yaşayaq?!”

2023-cü ildə Qarabağdan könüllü Gorus tərəfə gedənlər də “erməni millət deyil, Allah haqqı, azərbaycanlılardan pislik görməmişik”, desələr də, Həkərini o taya keçəndən sonra şivən salmağa, Azərbaycanın onları “genosid etdiyini” iddia etməyə başladılar.

Azərbaycan dövləti humanist yanaşdı, Bakıda cəza çəkən bəzi separatçıları, vaxtilə ölkəmizə qarşı cinayət törədənləri İrəvana verdi. Azərbaycan həbsxanasında “can üstə” olan həmin bu haylar Ermənistana çatan kimi iddia etdilər ki, guya onlar burada sitəm görüblər. İctimai rəydəki həyasızlıqlar saymaqla bitməz.

Ermənistanın siyasi sektorunda da vəziyyət eynidir. Bəzi hallarda 2020-ci ilin iyul-sentyabr aylarındakı atmosferi xatırladırlar revanşist fikirləri ilə. Belə görünür ki, 44 günlük DƏRS yetərli olmayıb.

İLHAM ESGER.jpg (246 KB)

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında elə çıxış edib ki, elə bil 7 il əvvəl Xankəndiyə qanunsuz gələrək “Qarabağ Ermənistandır” deyərək müharibə alovunu körükləyən bu olmayıb. Azərbaycan Prezidentinin kölgəsində bir-iki layiq olmadığı sülh mükafatını alandan sonra “qaz”ı daha da artıb. Diqqət edin, müharibədən sonrakı 6 il ərzində Azərbaycana qarşı mina terrorunu davam etdirən ölkənin hökumət başçısı dinc dövrdə 400-dən artıq günahsız insanın mina partlayışları nəticəsində həlak olması və yaralanmasına görə cavabdehlik daşıdığını etiraf edib, günahlarına görə bağışlanmasını istəmək əvəzinə şərtlə danışır. Deyib ki, Azərbaycanla mina məsələsində əməkdaşlıq edə bilərlər, amma gərək Bakıdakı separatçılar, cinayətkarlar da azad olunsun. Vaxt var idi deyirdilər mina xəritələrini Azərbaycana təhvil vermişik. İndi dolayısı ilə etiraf edir ki, cəmi 25 faizi gerçək olan həmin xəritələr tam şəkildə Bakıya təhvil verilməyib. Bunlar belə nankordur. Azərbaycan Ermənistana taxıl təhlizi açıb, yanacaq yollayır, bunlar isə bizim vətəndaşlarımızı mina terroru ilə üz-üzə qoyurlar, hələ şərt irəli sürürlər. Sülh beləmi olur?!

vzriv-1589022045.jpg (54 KB)

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Qarabağdan köçürülmüş qaçqınların uzunmüddətli inteqrasiyası proqramlarını BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Barham Salehlə müzakirə edib. Erməni mediası yazıb ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində baş tutub. Tərəflər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatı çərçivəsində əməkdaşlığı, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.

BARHAM.jpg (117 KB)

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti iddia edib ki, Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi əməliyyatdan sonra Qarabağdan Ermənistan Respublikasına 115 min 365 (?! - red.) “məcburi köçkün” gəlib. 2025-ci ilin dekabr ayının ortalarına olan məlumata görə, onların 26 min 233 nəfəri Ermənistan Respublikasının vətəndaşlığını əldə edib. Bu vətəndaşlıq mənzil təminatı üzrə dövlət dəstəyindən yararlanmaq üçün zəruridir. Daha 6 min 696 nəfərin vətəndaşlıqla bağlı müraciəti isə hazırda baxılma mərhələsindədir.

2731710fa8efeb8f5d91b404ae1ec5e8.jpg (48 KB)

Növbəti saxtakarlıq. Paşinyan 2023-cü ildə özü etiraf etmişdi ki, Qarabağdakı ermənilərə qarşı hər hansı zorakılıq olmayıb. Amma indi onları “məcburi köçkün” adlandırıb, BMT rəsmisi ilə müzakirələr aparırlar. Ermənistandan 300 min azərbaycanlını deportasiya edənlər Azərbaycanı ittiham edirlər fürsət düşən kimi. Qarabağdan, Şərqi Zəngəzurdan 700 mindən artıq vətəndaşımızı didərgin salanların üzündə həya-abır yoxdur ki, sülhdən danışdıqları halda, Azərbaycanı günahlandırırlar.

17332341683059260912_1200x630.jpg (205 KB)

Paşinyana müxalif olanların da həyasızlığı davam edir. Son günlər 37 ilə yaxındır işğal altında olan Kərki kəndi ilə bağlı iddialar gündəmdədir. Revanşistlərin Azərbaycan kəndinə səfərləri, burada ağac əkmələrindən sonra Ermənistan hakimiyyəti də Kərki sakinlərini ictimai nəqliyyatla təmin etmək qərarına gəlib. Bu barədə Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” fraksiyasının yaydığı bəyanatda bildirilir. Siyasi qüvvə bu qərarı daha əvvəl irəli sürdüyü təşəbbüslərlə əlaqələndirir. Bildirilir ki, bir neçə gün əvvəl fraksiya deputatları aldıqları bayram mükafatlarını Kərkidə - “Tiqranaşen” adlandırırlar - bir neçə layihənin həyata keçirilməsinə yönəltmək qərarına gəliblər. Xüsusilə kənd təsərrüfatı məhsulları bazarının yaradılması, yeni uşaq meydançasının inşası, uşaqların məktəbə aparılması, eləcə də sakinlərin rayon mərkəzinə gediş-gəlişi üçün avtobus alınması planlaşdırılır.

“Bunu eşidən hakimiyyət Tiqranaşen üçün nəqliyyatı özü təşkil etməyə qərar verib. Paşinyanı Tiqranaşenin problemlərinin həlli ilə məşğul olmağa necə məcbur etdiksə, Tiqranaşenin təhvil verilməsinin qarşısını almağa da elə məcbur edəcəyik”, - deyə fraksiyanın sosial şəbəkələrdə yayımladığı açıqlamada həyasızcasına iddia edilir.

photo_2026-09-21_15-04-08.jpg (91 KB)

Daha əvvəl fraksiya avtobusun alınmasının ciddi nəqliyyat probleminin həllinə kömək etməli olduğunu bildirmişdi. Bildirilir ki, Kərkidə məktəb fəaliyyət göstərmədiyi üçün sakinlər səhərlər uşaqlarını qonşu yaşayış məntəqələrindəki məktəblərə aparmalı, günorta isə onları geri gətirməli olurlar. Bu problemin həlli məqsədilə icma üçün avtobus alınmasına qərar verilib. Avtobus məktəblilərin təhlükəsiz və müntəzəm daşınmasını təmin etməli, həmçinin Tiqranaşen sakinlərinə rayon mərkəzinə və İrəvana getmək imkanı verməlidir.

Ermənilər də yazır ki, Kərki məsələsi Ermənistan-Azərbaycan nizamlanması kontekstində dəfələrlə gündəmə gəlib. Baş nazir Nikol Paşinyan anklavın ərazisinin Ermənistan ərazisi olmadığını bəyan edib və bu yaşayış məntəqəsini qeyd edərkən Azərbaycan toponimindən istifadə edib. Lakin revanşistlər hesab edirlər ki, strateji əhəmiyyət daşıyır. Belə ki, Ermənistanın paytaxtı İrəvanı və ölkənin şimal hissəsini Qərbi Zəngəzur və Vayots Dzorla birləşdirən yol bu ərazidən keçir. Həmin marşrutla hər il böyük həcmdə yük, o cümlədən İrandan Ermənistanın müxtəlif bölgələrinə daşınan tranzit mallar nəql olunur.

1945c87d3eb347e6cc666a30bc321218.jpg (258 KB)

İndi abırsızlığın miqyasına baxın. Azərbaycanla sülhü beləmi bağlamaq istəyir ermənilər? Bu revanşist atmosferi yaradan həm də Paşinyan hakimiyyətidir. Əks təqdirdə, Kərkidə qanunsuz məskunlaşdırılan ermənilər üçün nəinki indi ictimai nəqliyyat ayrılmazdı, onların köçürülməsi üçün yük maşınları göndərilərdi.

3abef6693837254cbbbe18599826c5b9.jpg (137 KB)

Hakimiyyət hələ indi Kərkidəki qanunsuz məskunlaşanların rahatlığı üçün addımlar atırsa, bunun özü vaxtilə Paşinyanın Cəbrayıla yol çəkmək istəyinə bənzər hərəkətdir. Yol çəkə bilmədilər, Dəmir Yumruq dərs verdi və “Qarabağ Azərbaycandır” deməyə vadar oldu.

prezidentherbi2.jpg (42 KB)

İndi Kərki və Qazaxın 3 kəndi ilə bağlı bənzər ritorika işə salınıb. Ermənistanda keçirilən sorğuda iştirak edənlərin 59 faizi Kərki kəndinin qaytarılmasının əleyhinə çıxıb. Başlarına bəla açmaq istəyirlər deyəsən. Nə istəyirlərsə, onu da alacaqlar, amma əvvəlki kələklər daha keçməz: belə sülh olmur! Məsuliyyəti Paşinyanın komandası daşıyır, Azərbaycan üçün hansısa revanşistin mövqeyi əsas deyil, cavabı kapitulyasiya aktına, Vaşinqton razılaşmalarına imza atan şəxs verməlidir! BMT Baş Assambleyasındakı çıxışı ilə özünü faktiki olaraq ifşa edən şəxs ağlını başına toplamalıdır...

Нет комментариев