Свобода людям, независимость нациям!

Əliyev–Paşinyan görüşü kimlərin planını pozdu?

Əbu-Dabidə fevralın 4-də baş tutan İlham Əliyev–Nikol Paşinyan görüşü zahirən texniki, mahiyyət etibarilə isə dərin siyasi nəticələr doğuran hadisədir.

Qərb mənbələrində bu görüş “post-Washington implementation phase”, yəni Vaşinqtonda razılaşdırılmış çərçivənin icra mərhələsi kimi təqdim olunur. Başlıca mesaj aydındır: bu görüş təşəbbüs yox, icradır.

Reuters, Politico və Eurasianet kimi platformaların yanaşmasında əsas fikir dəyişmir: əsas siyasi qərar Vaşinqtonda verilib, Əbu-Dabi isə onun texniki-siyasi davamıdır. Qərb üçün bu, müsbət siqnaldır. Çünki ortada sadəcə “foto üçün görüş” deyil, konkret nəticələr doğuran dialoq var.

TTTT.jpg (83 KB)

Ticarət və tranzit məsələlərinin ön plana çıxarılması təsadüfi deyil. Qərb analitikləri üçün xüsusilə iki məqam diqqət çəkir: Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana yüklərin Azərbaycan ərazisindən tranziti. Bu model Qərbdə “conflict de-escalation through economic interdependence” kimi dəyərləndirilir. Yəni münaqişə ideoloji bəyanatlarla yox, qarşılıqlı iqtisadi asılılıqla neytrallaşdırılır.

“Cəmiyyətlərin sülhü real həyatda hiss etməsi” vurğusu Qərb mediasında xüsusi seçilir. Çünki Brüssel və Vaşinqton üçün sülh liderlərin niyyətindən yox, gündəlik davranışların dəyişməsi ilə ölçülür. Ticarət, tranzit, səfərlər Qərb baxımından sülhün geri dönməzlik indikatorlarıdır.

TRIPP və digər bağlantı layihələri bu prosesin strateji qatını təşkil edir. Qərbdə Əbu-Dabi görüşü təkcə Bakı–İrəvan kontekstində yox, Orta Dəhliz, Qara dəniz–Cənubi Qafqaz–Xəzər bağlantısı və ABŞ–Aİ-nin bölgədə Rusiyasız, İransız koordinasiya istəyi çərçivəsində baxılır. Bu görüş regional inteqrasiyanın kilid mərhələsi kimi görülür.

ZENGEZ.jpg (251 KB)

Ən diqqətçəkən məqam isə Qarabağ mövzusunun gündəmdə olmamasıdır. Qərb üçün bu təsadüf deyil. Qarabağ artıq “aktiv münaqişə gündəliyi” yox, post-konflikt reallığı kimi qəbul edilir. Danışıqların mərkəzində təhlükəsizlik deyil, normallaşma və iqtisadiyyat dayanırsa, bu Qərb baxımından “münaqişə bitib” deməkdir.

Qərb üçün Əliyev–Paşinyan görüşü sürpriz deyil, sabitliyin növbəti nümayişidir. Azərbaycan prosesin aparıcı tərəfi, Ermənistan isə uyğunlaşan tərəf kimi görünür. Artıq əsas məsələ sülhün elan edilməsi yox, onun gündəlik həyata tətbiqidir.

Bu prosesin ən böyük itirənlərindən biri Rusiyadır. Moskva illərdir Azərbaycan–Ermənistan münaqişəsini idarə olunan gərginlik formatında saxlayaraq bölgədə hərbi-siyasi varlığını legitimləşdirirdi. İndi isə proses Rusiyasız gedir. Əbu-Dabi görüşü göstərdi ki, sülh üçün Moskva vasitəçi deyil, təhlükəsizlik üçün Rusiya şərt deyil, regional ticarət və tranzit Kremlin nəzarətindən kənar formalaşır. Bu, Rusiyanın “Cənubi Qafqaz son qaladır” tezisinin faktiki dağılmasıdır.

PUTİN SON.jpg (54 KB)

İran üçün də bu görüş narahatedicidir. Azərbaycan–Ermənistan yaxınlaşması Tehranın tranzit və geosiyasi təsir imkanlarını zəiflədir. Sülh prosesinin ABŞ təşəbbüsü ilə və Qərb platformalarında irəliləməsi İranın regional manevr sahəsini daraldır. Tehran üçün ən riskli ssenari sərhədlərin açılması, ticarətin başlaması və İranın təzyiq aləti rolunu itirməsidir.
Görüş Ermənistan daxilində də siyasi balansları sarsıdır. Paşinyanın Əliyevlə açıq dialoqa getməsi revanşist dairələrə, Qarabağ klanına və diasporun sərt xəttinə zərbədir. Sülh baş verdikcə müharibə üzərindən siyasət quranlar legitimlik itirir. Paşinyan risk alır, amma geri dönüş yolunun qalmadığını da anlayır.

Qərb bu görüşdən möcüzə yox, prosesin dönməzliyini gözləyir. Vaşinqton və Brüssel üçün əsas olan tərəflərin danışa bilməsi, iqtisadi əlaqələrin real məzmun alması və sülhün gündəlik həyatla bağlanmasıdır. Buna görə də Qərb mediasında bu görüş irəliləyiş, praktik normallaşma və post-münaqişə reallıqlarının qəbul edilməsi kimi təqdim olunur.

Bu prosesin ən böyük qazananı Azərbaycandır. Heç şübhəsiz ki, Türkiyə və Türk Dünyası da bu prosesdən fayda əldə edir. Sülh qalib mövqedən aparılır, ticarət və tranzit Bakının nəzarətində formalaşır, normallaşma Azərbaycanın diktə etdiyi reallıqlar üzərində qurulur. Ermənistan isə seçim qarşısındadır: ya bu reallığa uyğunlaşmaq, ya da uzunmüddətli təcrid vəziyyətində qalmaq.

llBh0suC4dRofpSqUAT8gd0an1677SrVCi26GJFT_825.jpg (92 KB)

Nəticə etibarilə Əliyev–Paşinyan görüşü sülh romantikası deyil. Bu, regional güc balansının dəyişdiyini rəsmiləşdirən siyasi aktdır. Bu görüş Rusiyanın planlarını pozur, İranın manevr imkanlarını daraldır, revanşistləri iflasa aparır və Qərbin strateji gözləntiləri ilə üst-üstə düşür. Ən önəmlisi isə odur ki, Cənubi Qafqazda ilk dəfə sülh kənardan diktə olunmur, içəridən formalaşır. Və məhz bu fakt bir çoxlarının planını alt-üst edir.

Aşağıda təqdim etdiyim sitatlarsa isə Qərbin hadisəyə münasibətini əks etdirir. Necə deyərlər, görün Qərb isti-isti nə deyir.

“…the European Union quickly endorsed the talks. EU foreign policy spokesperson Anita Hipper called the Abu Dhabi meeting ‘a crucial step towards lasting peace and security in the region’, reiterating Brussels’ support for the peace agenda.” (IntelliNews) (“…Avropa İttifaqı sürətlə danışıqları dəstəklədi. Aİ-nin xarici siyasət üzrə sözçüsü Anita Hipper Əbu-Dabi görüşünü ‘bölgədə davamlı sülh və təhlükəsizlik istiqamətində həlledici addım’ adlandırdı və Brüsselin sülh gündəliyini dəstəklədiyini təkrar etdi.” )

“Both sides said in March they had agreed on the text of a draft peace agreement … a peace deal could transform the South Caucasus.” (Reuters) (“Hər iki tərəf mart ayında sülh müqaviləsinin layihə mətnində razılığa gəldiklərini bildirdi… bu sülh razılaşması Cənubi Qafqazı dəyişdirə bilər.” )

rdkaZPap54REbNsuvxnOkSnUS8Aa2p6iYESB1zVC_825.jpg (68 KB)

Bu sitatlar Qərb mediasında yayılan əsas mesajları göstərir və sülh prosesinin Qərb üçün sadəcə simvolik görüş yox, struktur dəyişiklik və praktik icra mərhələsi olduğunu vurğulayır.

Нет комментариев