İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan: Paşinyan Qarabağ danışıqları sənədlərini tapa bilmir

Musavat.com xəbər verir ki, Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan hökumətin Qarabağ danışıqları arxivinə dair son açıqlamasını şərh edərək baş nazir Nikol Paşinyanın Ki-Uest materiallarını “tapa bilməməsinin” səbəblərini açıqlayıb.

Zurabyanın sözlərinə görə, Ki-Uest danışıqları zamanı hazırlanan sənədlər diplomatik praktikada “non-paper” — yəni rəsmi statusu olmayan işçi sənəd formatında tərtib edilib. O deyib:

“Bu, rəsmi sənəd deyildi. Amerikalılar onu Heydər Əliyev və Robert Koçaryanla apardıqları söhbətlər əsasında hazırlamışdılar. Sənəd ATƏT-in Minsk Qrupunun rəsmi təklifi hesab olunmurdu”.

Müxalif siyasətçi əlavə edib ki, Paşinyanın komandası belə sənədlərin mövcudluğunu belə anlamır:

“Onların bu terminləri eşitmədiyinə əminəm. Diplomatiyadan xəbərsiz olduqları üçün asanlıqla manipulyasiya olunur və prosesi düzgün qiymətləndirmirlər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR