İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zirə”dən ilk legioner transferi

“Zirə” heyətinə yeni futbolçu qatıb.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, “qartallar” son olaraq Portuqaliyanın “Portominense” klubunda forma geymiş Maycon Kleito de Paula Azevedo ilə anlaşıb.

Braziliyalı qapıçı artıq Bakıdadır. O, tibbi müayinədən keçərək rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Maycon peşəkar karyerasına Braziliyanın “Santa Kruz” klubunda başlayıb. Daha sonra o, “Red Bull Brangantino”, “Vitoriya”, “Ceara” kimi klublarda çıxış edib. 2024-cü ildə isə “Porominense”yə keçib. Son mövsümü də orada oynayıb.

Qeyd edək ki, məlumatı ilk olaraq “Futbolinfo” yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2026

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR