Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov xüsusi əməliyyatla saxlanılaraq dəmir barmaqlıqlar arxasına göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 6-da Qazaxıstan Daxili İşlər Nazirliyi "Zakon.kz" saytının orğusuna cavabında bildirib.
DİN-in yaydığı məlumata görə, sabiq baş komandan Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı əsgərlərin faciəvi şəkildə həlak olması ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Sabiq komandana qarşı xidmətə ağır səhlənkarlıq və vəzifə səlahiyyətlərini yerinə yetirməmək maddələri üzrə ittiham irəli sürülüb.
Əməliyyatdan dərhal sonra müvəqqəti saxlanma təcridxanasına salınan Kanat Niyazbekov haqqında məhkəmənin qərarı ilə dərhal həbs qətimkan tədbiri seçilib.
Hazırda dənizçilərin ölümünə səbəb olan dəhşətli faciə ilə bağlı məhkəməyədək genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ