İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə itkin düşənlərin kimliyi bilindi - ADLAR

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Musavat.com xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR