İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi yaddaşını itirdi

“Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Bemjamin Toşak nadir xəstəliyə tutulub.

Bu barədə xarici mediaya onun oğlu Kameron Toşak məlumat verib.

Onun sözlərinə görə, atasına demensiya diaqnozu qoyulub. Belə ki, Con Bemjamin Toşak bugünkü hadisələri xatırlamaqda çətinlik çəkir, lakin özünün futbolla bağlı keçmişini xatırlamaqdan zövq alır: “Bu, dəhşətli xəstəlikdir, onun qısamüddətli yaddaşına təsir edir. Mən onunla demək olar ki, hər gün danışıram. Əgər nahardan sonra danışsaq, səhər danışdığımızı xatırlamaya bilər”.

Qeyd edək ki, C.Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda fəaliyyət göstərib. 2013-cü ildə isə Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi olub.//Lent.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR