İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaxtıkeçmiş aparıcı” tələbəsindən danışdı: “Üzümə desəydi...” - VİDEO

Elgiz Əkbər tələbələrindən birinin onun haqqında “vaxtı keçmiş aparıcıdır” dediyini açıqlayıb.

Bu barədə o, “Elgizlə izlə” verilişində danışıb:

"Kömək etdiyin adamların sənə paxıllıq etdiyini, düşmən kəsilidiyini görəndə ürəyin ağrıyır. Bir tələbəm var idi, indi də var. Aparıcı olacaqdı, çox uzağa getdi. Onun qolundan tutdum, dərs keçdim, ilk addımlarını mənimlə atdı. Onu hazırlayırdım. Mənim üçün dedi ki, "vaxtıkeçmiş aparıcı".

Başqa bir aparıcının təsiri altına düşüb, elə bir status yazdı. Müəllimi, onu sıfırdan hazırlayan biri üçün belə söz dedi. Ona bütün qapıları açdım, yanımda yer də verdim.

Güldüm, amma çox qəlbimə dəydi. İnsan müəllimi üçün belə söz deyər? Biri var, özümə desin, biri də var, ictimai yerdə. Mən də qəşəng geyindim, çıxdım efirə. Oynadım, dedim, atam, kimin vaxtı keçib? Mən hələ indi başlayıram. Sizi sevindirə bilməyəcəyəm, bağışlayın. Təqribən 2-3 ilin söhbətidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR