İnsanlara hürriyət, millətlərə istiqlal!

Van Dammın gəlini atasıyla bağlı bu sözləri yazdı - FOTO

Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkədə atası Elxan Hacızadə ilə fotosunu paylaşıb.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, Suada Hacızadə atası Elxan Hacızadəni "Atalar günü" ilə bağlı təbrik edib:

"Atalar gününüz mübarək, mənim sevimli, atam. Mən sizi çox sevirəm. Həmişə gülümsəməyə davam et və həmişə olduğun kimi pozitiv qal. Sən çox gözəl atasan", - deyə vurğulayıb.

Qeyd edək ki, Suada Hacızadənin atası Elxan Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnikidir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR