Onlayn ictimai-siyasi qəzet
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Musavat.com xəbər verir ki, məlumatı Umerov Telegram hesabında açıqlayıb. Onun sözlərinə görə, müzakirə mövzularından biri ukraynalı əsirlərin geri qaytarılması olub. Fidanla danışıqlar zamanı təhlükəsizlik vəziyyəti, danışıqlar prosesinin gedişi və sonrakı addımların əlaqələndirilməsi də müzakirə olunub: "Həmişə olduğu kimi, humanitar yola və xalqımızın geri qayıtmasına xüsusi diqqət yetirilir".
Umoerov Türkiyənin Ukrayna üçün vacib tərəfdaş və dialoq üçün əsas platforma olduğunu qeyd edib. İşlər sıx əməkdaşlıq şəraitində davam edir.
Umerovun sözlərinə görə, o, Fidanla söhbətinin nəticələrini Ukrayna Prezidenti Volodimir Zelenskiyə çardırıb.
Xatırladaq ki, 11 dekabrda V. Zelenski Rusiya tərəfindən məhbus mübadiləsi prosesinin faktiki olaraq dayandırıldığını bildirib. Onun dediyinə görə, R.Umerov ötən ildən Rusiya tərəfi ilə kifayət qədər böyük məhbus mübadiləsi barədə razılığa gəlib, lakin Rusiya tərəfində "lənglik" var.
Nəticədə, Ukrayna ilə Rusiya arasında məhbus mübadiləsi 1 yanvar tarixinə qədər baş tutmayıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ