İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bölünməsinə yol vermək olmaz – Fon der Lyayen

Ukraynanın bölünməsinə yol verilə bilməz, çünki bu, gələcək müharibələr və münaqişələr üçün presedent yaradacaq.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında verib.

"The Guardian" qəzeti onun çıxışını yayıb: "Əgər bu gün sərhədlərin pozulmasını qanuniləşdirib rəsmiləşdirsək, sabah yeni müharibələrə qapı açacağıq. Buna yol verə bilmərik".

O, suveren dövlətin birtərəfli bölünməsinin mümkün olmadığını və sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyini vurğulayıb. Bundan əlavə, fon der Lyayen Rusiyanın Ukrayna münaqişəsinin həllində maraqlı olduğunu nümayiş etdirmədiyini vurğulayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR