Onlayn ictimai-siyasi qəzet
Ukrayna müdafiə sənayesi tərəfindən hazırlanmış FP-7 ballistik raketi ilə bağlı ilk test mərhələsinin baş tutduğu bildirilir. Məlumata görə, raketin zərbə məsafəsi 200 kilometrə qədərdir.
Musavat.com xəbər verir ki, texniki göstəricilərə əsasən, FP-7-nin maksimal sürəti saniyədə 1500 metr təşkil edir. Raketin dairəvi ehtimal olunan yayınma göstəricisi (CEP) isə 14 metrdir ki, bu da onun hədəfə yüksək dəqiqliklə çatmaq imkanına malik olduğunu göstərir.
Raketin döyüş başlığının çəkisi 150 kiloqramdır. FP-7 yerüstü platformadan buraxılır və taktiki hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub.
Hələlik sınaqların konkret harada və nə zaman keçirildiyi barədə rəsmi açıqlama verilməyib. Müdafiə sahəsində yeni texnologiyaların tətbiqi fonunda bu tip raket sistemlərinin Ukraynanın hərbi imkanlarını genişləndirməsi gözlənilir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ