İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə gəmisi dronla vuruldu: YARALILAR VAR — VİDEO

Qara dənizdə Türk gəmisinə dron hücumu: Göyərtədə yanğın çıxıb, 4 nəfər yaralanıb

Musavat.com xəbər verir ki, Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə təzə meyvə və tərəvəz daşıyan Türkiyəyə məxsus "Nadhezna" adlı "Ro-Ro" tipli gəmi Qara dənizdə dron hücumuna məruz qalıb.

Hücum Türkiyə vaxtı ilə saat 16:30 radələrində, Novorossiysk limanına 30 dəniz mili məsafədə gəmi hərəkətdə olarkən baş verib. Zərbə nəticəsində gəmidə yanğın meydana gəlib.

Hadisə zamanı 3-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 4 heyət üzvünün yaralandığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR