İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan daha bir qeyri-adi hərəkət: Restoranda 500 dollar bəxşiş verdi, qəbzin üstünə isə bunu yazdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqindən əvvəl “Tony and Nick's Steaks” restoranında 500 dollarlıq bəxşiş qoyub və çekə “rədd olsun baxşiş vergisi” yazıb. Musavat.com xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.

Restoranın sahibi Nicky Lucidonionun sözlərinə görə, Trampın səfəri gözlənilməz olub, baxmayaraq ki, bir gün əvvəl bir qadın restorana gələrək “xüsusi qonaqlar” üçün şənbə gününə 200 sendviç hazırlamağı xahiş edib.

Daha əvvəl Las-Veqasda keçirilən mitinqdə Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Nevada ştatının əyləncə sənayesinin əsas gəlir mənbələrindən biri olan bəxşiş vergisini ləğv edəcəyinə söz vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR