İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ-də saxlanılan azərbaycanlı Elminanı sərbəst buraxdı

ABŞ-də saxlanılan azərbaycanlı tələbə azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayevanın məsələsi federal səviyyədə müzakirəyə çıxarılıb. Nyu-York meri Zohran Mamdani onun saxlanmasını Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşündə qaldırıb.

Merin açıqlamasına görə, görüşdən sonra Prezident ona tələbənin yaxın zamanda azad ediləcəyi barədə məlumat verib.

Az sonra ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti Ağayevanın sərbəst buraxıldığını rəsmən təsdiqləyib. Qeyd edək ki, tələbənin azadlığa çıxması ilə bağlı qərar qısa müddətdə verilib. Bununla yanaşı, rəsmi qurumlar miqrasiya prosedurlarının davam etdirildiyini də açıqlayıblar.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR