İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tesla" liderliyi İTİRİR - Çin nəhəngi bazarı ƏLƏ KEÇİRDİ

2025-ci ildə "Tesla"nın avtomobil satışları 8,6% azalıb və nəticədə İlon Maskın şirkəti dünya üzrə elektrik avtomobilləri istehsalçıları reytinqində Çin şirkəti BYD-dən geri qalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Tesla"nın açıqladığı rəqəmlərə görə, ilin dördüncü rübündə təchizat 16% azalıb və 418 227 avtomobil olub. Bu göstərici həm "Bloomberg" analitiklərinin, həm də "Tesla"nın əvvəlki proqnozlarından aşağıdır.

Əksinə, BYD həm rübdə, həm də bütün il üzrə satışlarını artıraraq təxminən 2,26 milyon elektrik avtomobili istehsal edib. Bu, "Tesla"nın 1,64 milyonluq göstəricisindən xeyli çoxdur.

"Bloomberg" qeyd edir ki, İlon Mask elektrik avtomobilləri satışının azalmasına diqqəti yayındırmaq üçün robotaksi biznesinin qurulması istiqamətindəki uzunmüddətli səylərində irəliləyişini qabardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR