İnsanlara hürriyət, millətlərə istiqlal!

Tək biletlə hər gün Bakı–Qəbələ səfəri

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) fevralın 17-dən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün vahid bilet satışına başlayıb.

Qurumdan Musavat.com-a verilən məlumata görə, bu marşrut üzrə ADY-nin saytından və ya "ADY Mobile" tətbiqindən transferli vahid bilet təklif olunur.

İstiqamət aşağıdakı kimidir:

- Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

- Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR